Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


19.12.2023  14:18 

Vardanyan Ermənistana və Qarabağa 700 milyon dollar sərmayə qoyub?





A+  A-

Bakı həbsxanasında olan qondarma “Dağlıq Qarabağ Respulikası”nın “dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın Ermənistan və Qarabağ üçün xərclədiyi vəsait açıqlanıb.

Xəzərnews.az AzTV-yə istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Bildirilib ki, Vardanyanın təşəbbüsü ilə 2022-ci ildə Qarabağda yaradılan “Biz və bizim dağlar”, “Ərazi İnkişaf Agentliyi” vasitəsilə Rubenin ailəsinin vəsaiti və donorların ianələri hesabına 187 tondan çox ərzaq alınaraq, Qarabağ sakinlərinə paylanıb.

Nəşr yazır ki, 187 min dollara isə su təchizatı və istilik sistemləri alınıb:

“Kənd sakinləri üçün mobil ilkin tibbi yardım qruplarının yaradılmasına, o cümlədən elektrikli nəqliyyat vasitələrinin alınmasına təxminən 110 min dollar xərclənib. 172 dollar isə 10 yaşından kiçik 12 min uşaq üçün Yeni il hədiyyələrinin alınmasına yönəldilib”.

Məlumata görə, R. Vardanyanın təsis etdiyi “İdeya” Fondundan bildirilib ki, onun ailəsi və tərəfdaşları 2001-ci ildən 2023-cü ilə qədər Ermənistana və Qarabağa 700 milyon dollardan çox sərmayə qoyublar. Qeyd olunub ki, Vardanyan Qarabağdakı müxtəlif layihələrə 8 milyon dollar sərmayə qoyub. O, Qarabağa köçməzdən xeyli əvvəl yatırım etməyə başlayıb. 2008-ci ildə “Böyük Artsax Toyu” layihəsi həyata keçirilib və eyni vaxtda 700-ə yaxın cütlük evləndirilib.

Xəbər 4727 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +