Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


01.02.2025  15:04 

Ukrayna Ali Radası Ruben Vardanyanı cəzalandırmağa çağırdı





A+  A-

“Ukrayna Ali Radasının Xüsusi İstintaq Komissiyasının sədri, xalq deputatı Anna Skoroxod bəyan edib ki, Ruben Vardanyan təkcə Qarabağdakı fəaliyyətinə görə deyil, həm də Ukrayinaya qarşı Rusiyanın təcavüzünü maliyyələşdirdiyinə görə cəzaya layiqdir”.

XəzərNews.az xəbər verir ki, o, facebook hesabında qeyd edib ki, ötən il Ukrayna, Latviya, Litva və Rumıniyadan olan 120-dən çox deputat Nobel Komitəsinə birgə məktublar imzalayaraq Vardanyanın namizədlər siyahısından çıxarılmasını tələb edib, lakin komitə bu müraciətə məhəl qoymayıb.

“Vardanyan – Putinin pul kisəsi, Ukraynaya qarşı təcavüzün sponsoru və Qarabağdakı qeyri-qanuni separatçı qurumun keçmiş rəhbəridir. Ümid edirəm ki, hazırda onun üzərində məhkəmə prosesi aparılan rəsmi Bakı xatırlayacaq ki, bu adam təkcə Qarabağa görə deyil, həm də Ukraynaya qarşı təcavüzdə iştirakı və XXI əsrin əsas diktatorunu maliyyələşdirdiyinə görə cəzaya layiqdir”, – deyə Skoroxod yazıb.

O, vurğulayıb ki, Azərbaycan ona real cəza təyin etməlidir:

“Əgər ABŞ, Aİ və Ukrayna ona qarşı sanksiyalar təklif edib və ya tətbiq edibsə, Azərbaycan Vardanyana real həbs cəzası verməlidir. O, bunu müxtəlif ölkələrdə dəfələrlə sübut edib”.

Xəbər 2286 dəfə oxunub.




13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +