Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


28.01.2025  12:17 

İcma bəyanat yaydı





A+  A-

Qərbi Azərbaycan İcmasının BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktub BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə icma bəyanat yayıb.

Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində verdiyi məlum çıxışı ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərmişdi. Xatırladaq ki, Levon Ter-Petrosyan həmin çıxışında etnik təmizləmənin və işğalçılığın Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edir və Ermənistandan azərbaycanlıların qovulmasını tarixi nailiyyət adlandırırdı.

Ermənistanın dövlət siyasətinin irqçi, insanlıq və sülh əleyhinə əleyhinə cinayət xarakterli olduğunu təsdiq edən bu fövqəladə dəlil ilə bağlı BMT-nin Baş katibinə ünvanladığımız məktub BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb. Sözügedən məktubumuzun BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılması Ermənistanın sözügedən cinayətlər üzrə məsuliyyətinin beynəlxalq hüquqi müstəvidə təsbit olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Qərbi Azərbaycan İcması bu məsələni BMT ilə yanaşı regional təşkilatların və özlərini insan hüquqlarının müdafiəçiləri kimi təqdim edən beynəlxalq qeyri-hökumət təşkilatlarının diqqətinə çatdırmaq istiqamətində səylərini davam etdirir.

Xəbər 1647 dəfə oxunub.




13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +