Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


16.01.2025  16:42 

YAP Mərkəzi Aparatında müşavirə keçirilib





A+  A-

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

XəzərNews.az xəbər verir ki, müşavirədə YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planının icra vəziyyəti müzakirə olunub, nəzərdə tutulan bütün tədbirlərin vaxtında və mütəşəkkil qaydada həyata keçirildiyi bildirilib, qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla seçkiqabağı təşviqat kampaniyasının uğurla davam etdirildiyi və partiya fəallarının bu prosesə fəal cəlb olunduğu qeyd edilib, seçki prosesinin sonrakı mərhələsində qarşıda duran vəzifələrin icrasına dair fikir mübadiləsi aparılaraq müvafiq tapşırıq və tövsiyələr verilib.

Azərbaycanın demokratik dəyərlərə sadiq və zəngin seçki təcrübəsinə malik olduğu vurğulanaraq bələdiyyə seçkilərinin azad, şəffaf, ədalətli keçiriləcəyinə və Yeni Azərbaycan Partiyasının xalqın etimadı əsasında daha bir qələbəyə imza atacağına əminlik ifadə olunub.



Xəbər 1528 dəfə oxunub.




13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +