Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


15.01.2025  14:06 

“ABŞ-Ermənistan sazişinin məqsədi Türkiyəni zəiflətməyə çalışmaqdır“ - Millət vəkili





A+  A-

Dünənki anlaşmaya görə Ermənistan Yaxın Şərqdə ABŞ-nin İŞİD-ə qarşı koalisiyada yer alacaq. Başqa sözlə desək, bir vaxt Rusiya hərbi kontingentinin tərkibində Suriyada Bəşər Əsəd rejimini qoruyan hay hərbçiləri indi Sem dayının qanadları altında PKK-YPG ilə birgə guya digər bir terror qruplaşmasına qarşı vuruşacaqlar"

Xəzərnews.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev dünən Vaşınqtonda ABŞ-la Ermənistan arasında imzalanan razılaşmaya münasibət bildirərkən deyib.

"Əlbəttə, ilk baxışda belə bir təəssürat yaranır ki, ABŞ bizdə kobud bir məsəldə deyildiyi kimi, bu yolla nəyi nə iləsə çıxarır. Yəni terror ənənəsi olanlar və hətta özünün də terrorçu qruplaşma kimi tanıdığı PKK ilə birgə İŞİD-i zərərsizləşdirmək istəyir. Ancaq İŞİD-in kimin yetirməsi olduğu da, hansı ölkənin generalının onun ilk lideri Əl-Bağdadini İraq həbsxanasından buraxdırdığı da axı heç kimə sirr deyil.



Ona görə də ABŞ-nin məqsədi İŞİD-i yox etmək ola bilməz. Onun məqsədi terror ənənəsi olanları, terrorçu qruplaşmaları bir-birilərinə qarşı qoymaqla və digərlərinə saldırarq özü üçün əhəmiyyətli saydığı bölgələrdə idarəolunan xaos yaratmaq, onu üzün müddət davam etdirmək, strateji rəqib gözündə gördüyü dövlətləri, indiki halda Türkiyəni kontrol altında saxlamaq, zəiflətməyə çalışmaqdır. Yəni hay hərbçiləri PKK-YPG və elə İŞİD-in özü kimi ABŞ-yə bunun üçün lazımdır", - deyə millət vəkili vurğulayıb.

Xəbər 2146 dəfə oxunub.




13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +