Bakıda şagird bullinqə məruz qalıb - VİDEO
Şahnaz Bəylərqızı həbsdə qaldı
Azadlığı üçün 400 milyon təyin edildi
Vaşinqtonun Kiyevi satması “bağışlanmazdır” - Bolton
İlham Rəhimovun bazarı bağlanır?
Turan Agentliyi fəaliyyətini dayandırır
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır?
“Grand Kredit“lə bağlı 480 min manatlıq qalmaqal
Sabiq prezidentə sanksiyalar tətbiq olundu
Narişkin Putin-Tramp danışığına münasibət bildirdi


31.10.2024  16:58 

Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı





A+  A-

“Tərtər işi” üzrə mühakimə olunan sonuncu dəstənin məhkəmə araşdırması başa çatıb.

Xəzərnews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.

Sədrlik edən hakim Zeynal Ağayev elan edib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb.

Hökmə əsasən, Fuad Ağayev 13 il, Fuad Axundov və Ramil Əhmədov 9 il 6 ay, Cavid Ağadadaşov və Qurban Cümşüdov isə 4 il müddətinə azadlıq məhrum edilib. Son ikisi istisna olmaqla, digərləri bu işdən əvvəl həbsdə idilər. Onların hökmündə çəkdikləri cəzalar nəzərə alınıb.

Fuad Ağayevin cəzası 2017-ci ildən hesablanır. Bu isə o, deməkdir ki, 6 il sonra azadlığa buraxılacaq.

Qeyd edək ki, “Tərtər işi” üzrə istintaq 2021-ci ildə yenilənib. Həmin vaxtdan sonra ən ağır cəza Fuad Ağayevə verilib. Mayor rütbəsi ilə xidmət etmiş Ağayev cinayət baş verən dövrdə sabiq korpus komandiri general-mayor Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi işləyib.

Amma o, da digər müttəhimlər kimi özünü təqsirli bilməyib, bəraət istəyib.



Xəbər 7520 dəfə oxunub.




13.02.2025  16:31 

Tanınmış model həbs edildi


BÜTÜN XƏBƏRLƏR +