Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU
Nurlan Libre barəsində həbs qərarı verildi
Prokurorluq bu şirkətlərə cinayət işi açdı – Siyahı
Kiyevdə terrorun qarşısı alındı
Bu binalarda istiliklə bağlı problem yaranıb


20.02.2025  18:39 

Amerikalı siyasətçilər Trampa qarşı...





A+  A-

Amerikalı siyasətçilər Trampın Ukraynadakı müharibə ilə bağlı son bəyanatlarını sərt tənqid edirlər.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə politoloq Yeganə Hacıyeva çıxış edib.

Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumer Trampın Ukraynanın guya müharibəyə başladığı barədə bəyanatını "iyrənc" adlandırıb.

Senator Şumer bildirir ki, “Amerika prezidentinin dostlarımızdan birinə arxa çevirib açıq şəkildə Vladimir Putinin tərəfinə keçməsini görmək iyrəncdir”.

Keçmiş vitse-prezident Mayk Pens birbaşa Trampa müraciət edərək deyib:

“Bu müharibəyə Ukrayna başlamadı. Rusiya yüz minlərlə insanın həyatına son qoyan səbəbsiz və qəddar bir işğala başladı. Sülhə gedən yol həqiqət üzərində qurulmalıdır”.

Respublikaçı konqresmen Mayk Louler yazıb ki, “bəlkə Tramp Putinin kimliyini unudub. O, bizim nə dostumuz, nə də müttəfiqimizdir”. Louler həmçinin Trampın təklif etdiyi müharibə bitmədən seçkilərin keçirilməsinə qarşı çıxır və Rusiyanın marionet prezidenti təyin etmək üçün seçkilərə müdaxilə edəcəyini bildirir.

Demokrat senator Adam Şiff isə deyib ki, “Çexoslovakiyadan sonra heç bir demokratik dövlət Qərb gücləri tərəfindən Ukrayna qədər xəyanətə məruz qalmamışdır”. Şiff əlavə edib ki, “Trampın rus diktatorunu sakitləşdirməsi ABŞ tarixinin qara ləkəsi kimi tarixdə qalacaq”.

Xəbər 514 dəfə oxunub.




21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı

21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI


BÜTÜN XƏBƏRLƏR +