Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


04.08.2019  12:16 

Qlobal informasiya cəmiyyətində milli maraqların qorunması





A+  A-

Bu gün milli maraqlar və sosial şəbəkə çox aktualdır. Bu aktuallıq hər gün bir qədər də artır. Çünki hər gün daha çox insan sosial şəbəkələrin iştirakçısına çevrilir.

Hazırkı mürəkkəb beynəlxalq şəraitdə və qlobal informasiya cəmiyyətində milli maraqların qorunması çox vacibdir. Xüsusilə indiki mərhələdə informasiya əlahiddə bir vasitədir. Onun hüquqla tənzimlənməsi məsələsinə gəlincə, bu da çox aktualdır. Nəyə görə? Harada ictimai münasibətlər varsa, mütləq onun hüquqi tənzimlənməsinə ehtiyac var. Amma bu məkan yeni olduğuna görə, burada hüquqi davranışı və hüquqi münasibətləri necə tənzimləməklə bağlı xeyli mürəkkəb məsələlər var.

Bəzi ölkələrdə bu məsələlər yəni sosial şəbəkələrdə vətəndaşların davranışı müxtəlif inzibati yollarla, onların qeydiyyatının rəsmiləşdirilməsi ilə və oradakı davranışların hüquq-mühafizə orqanlarında yaradılmış xüsusi kiberpolis vasitəsilə idarə olunması mövcuddur. Bəzi ölkələrdə sadəcə ictimai qınaq vasitəsi və qeyri-inzibati metodlarla tənzimləmək işi kimi planlar mövcuddur.

Pərdə arxasındakı mənfur ideoloqlar, siyasi dəllallar, intellektdən məhrum bədnam “rejissorlar” görünməsə də, uydurduqları şər və böhtan, əl atdıqları qeyri-məqbul vasitələr onların çirkin simasını, mənəviyyatsız daxili aləmini ifşa edir. Belələrinin əlində oyuncağa çevrilən turallar, orduxanlar, eminlər, azərlər, özgə qapılarında sülənərək şərəf və ləyaqət anlayışını unudurlar. Onların arsenalındakı şər və böhtan, yalan və uydurmalar ictimai rəyi çaşdırmağa, dövlətçiliyə zərbə vurmağa, ölkədə sabitliyi pozmağa, xaos və anarxiya mühiti yaratmağa, qanuni hakimiyyəti devirməyə hədəflənib.

Xarici ölkələrin xüsusi xidmət orqanlarının, terror təşkilatlarının məxfi düşərgələrində təlim keçmiş, Suriyada, İraqda nəyin uğrunda vuruşduqlarını belə anlamadan qan tökən, insan öldürən, uşaqları yetim qoyan, ocaqları söndürən qatilləri “milli qəhrəman” kimi ictimai şüura sırıyan sosial şəbəkə istifadəçiləri, görəsən, suç ortağı, cinayət iştirakçısı olduqlarının fərqinə varırlarmı?!

Bu zavallıların bir qismi intellektin yoxluğu, bir qismi də aldıqları qrantın müqabilində hesabat vermək məcburiyyətindən bədniyyətlilərin zombiləşmiş icraçısına çevriliblər.

Bütün dünyada müxtəlif sahələrlə əlaqədar informasiya müharibəsi gedir. Bu mübarizənin əsas məkanlarından biri də sosial şəbəkələrdir. Sosial şəbəkələrdə müxtəlif qruplaşmalar yalan, təsdiqlənməmiş məlumatlardan istifadə edərək ölkənin imicinə, beynəlxalq arenada mövqeyinə zərbə vurmaq istəyir.

Bəzi qruplaşmalar saxta hesablar yaradaraq “troll”luq edir. Bu cür qruplar ictimaiyyət arasında müəyyən çaşqınlıq yaratmağa çalışır. Bir nəfər bir neçə saxta hesab yaradaraq həyata keçirilən işə kölgə salmağa, yalançı “narazı” təbəqə formalaşdırmağa çalışır.

Təsdiqlənməmiş məlumatların sosial şəbəkələrdə yayımlanmasının ictimai narazılığa və əsassız etirazlara səbəb olur. Sosial şəbəkələrdə məlumat paylaşan zaman xüsusi diqqət ölkənin ictimai-siyasi həyatında baş verən önəmli hadisələrə yönəlməlidir.

Artıq Azərbaycan yerli və beynəlxalq idman yarışları, konfransların keçirildiyi bir məkana çevrilib. Bir çox böyük tədbirlər öncəsi müxtəlif qruplar tərəfindən qarayaxma kampaniyası həyata keçirilir.

Gənclərimiz bu cür təxribati addımlardan uzaq olmalı, əsasən dövlətin maraqlarına cavab verən mövqedən çıxış etməlidir. Beynəlxalq tədbirlər öncəsi ölkəmizin imicinə zərər vura biləcək hərəkətlərdən qaçınılmalı, ətrafımızda olan insanları da bundan uzaq tutmalıyıq.

“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar
İctimai Birliyinin Analitik Qrupu


Bu məqalə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi” layihəsi çərçivəsində hazırlanıb.





Xəbər 862 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +