Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


04.09.2018  12:18 

“Sahibkar bizi işlədib, pulumuzu vermir” - Şikayət





A+  A-

“Bu ilin may ayından avqust ayına kimi Şağan qəsəbəsi Yeni sahə yaşayış massivində yerləşən evdə usta işləmişəm. Ancaq evin sahibi Fuad Mahmudov pulumuzu vermir”.
XəzərNews.az xəbər verir ki, bunu “Qafqazinfo”ya müraciətində usta, Saatlı rayon sakini Nemət Tağıyev deyib. O qeyd edib ki, həmin ərazidə iki ayrı ev tikiblər: “Bu işdə briqadamız iştirak edib. Əvvəl ev sahibi bizə 200-300 pul verirdi. Amma ümumilikdə bir evdən 4700, digərindən isə 8900 manat pul almalıydıq. Amma bizi işlədib pulumuzu vermədi. Axırda şər atdı ki, yaxşı iş görməmişik. Qeyd edim ki, Fuad Mahmudov sahibkardır, Babək prospektində avtosalon işlədir”.

“Qafqazinfo” məsələ ilə bağlı Fuad Mahmudovla əlaqə saxlayıb. O bildirib ki, həmin ustalar ona yaxınlaşıb ev təmiri ilə məşğul olduqlarını deyiblər: “Məndə də usta axtarmaq üçün vaxt yox idi. Məndən ev təmiri üçün 4000 manat pul aldılar. Bir gün onların öz yanında olan ustalar mənlə əlaqə saxlayıb dedilər ki, onlar usta deyil, adi fəhlələrdir. Siz gəlib evə baxmalısınız. Getdim baxdım, gördüm ki, ev bərbad haldadır. Əlavə ustalar gətirdim və dedilər ki, bu ev təzədən sökülməlidir. Onlar məni şikayət etdilər. Mən də Bakı Şəhər Baş Polis İdarəsinin 1-ci bölməsinin işçilərini gətirib evə baxış keçirtdim. Onlar da bildirdilər ki, ev yenidən işlənməlidir. Aldığım bütün materialları ziyan etdilər. İndi polisdə istintaq gedir. Onlar mənə 10 min manatdan çox ziyan vurublar. İndi evdə yenidən təmir gedir və bunu çəkiliş vasitəsilə edirik ki, görsünlər ki, sökülüb yenidən iş görülür”.

Xəbər 1959 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +