Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


13.07.2018  11:18 

“İki əmioğlu nazirlikdə şəbəkə yaradıb” – Zərdabdan nazirə ŞOK məktub + VİDEO





A+  A-

Zərdab rayonu Dəliquşçu kənd sakinləri tərəfindən kənd təsərrüfatı naziri İnam Kərimova şikayət məktubu ünvanlanıb.
XəzərNews.az AzPolitika.info-ya istinadən həmin məktubu qısa ixtisar və zəruri redaktə ilə dərc edirik:

“Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirləri Eldəniz Həsənovun onun əmisi oğlu Vüsal Həsənovun əməlləri barədə biz mətbuat vasitəsi ilə kənd təsərrüfatı naziri İnam Kərimova müraciət edirik. Çox-çox xahiş edirik, bu qohumların əməllərini araşdırıb, onların barəsində ciddi tədbirlər görülməsinə göstəriş verəsiniz.

Əslən Zərdab rayonunun Dəliquşçu kəndindən olan Eldəniz Həsənov Kənd Təsərrüfatı Nazirliyində şöbə müdirirdir. Onun əmisi oğlu Vüsal Həsənov “Aqrolizinq”də şöbə müdiridir. Vüsal Həsənovun həyat yoldaşı Aytən Əzizbəyli həmin nazirlikdə vəzifədə işləyir. Aytən Əzizbəylinin dayısı Mikayıl Nuriyev isə Kənd Təsərrüfatı Nazirliyinin maliyyə şöbəsinin müdiridir.

Eldəniz Həsənovun qardaşı Hamiz Həsənov orta təhsilli olsa da Zərdab Aqroliznq İdarəsinin müdiridir. Bu qohumlar Kənd Təsərrüfatı Nazirliyində böyük bir şəbəkə yaradıb, qanunsuz əməllərlə məşğul olurlar.

Bu şəbəkə yaratmış qohumlar Zərdab rayonunun Dəliquşçu kənd sakinlərinə qənim kəsiliblər. 20-dən çox ailəyə məxsus qanuni, sənədli əkin və fərdi mənzil tikintisi üçün olan torpaq sahələrini saxtakarlıqla qanunsuz olaraq əlindən alıb özününküləşdmişdilər.



Mənə – Qarabağ müharibəsi veteranı, Zərdab rayonu Dəliquşçu kənd sakini Abdullayev Hafis Balaca oğluna məxsus 12 sot torpaq sahəsi Eldəniz Həsənovun göstərişi ilə əlimdən qanunsuz olaraq alınıb, onun qardaşı Namiz Həsənovun adına sənədləşdirmişdilər. Hansı ki, həmin torpaq sahəsini 2004-cü il tarixdə Dəliquşçu bələdiyyəsindən dövlət rüsumunu ödəyərək qanuni qaydada almışdım. Orada böyük bağ salmışdım ki, imkan olan kimi oğlum üçün ev tikdirərəm.

Ancaq Kənd Təsərrüfatının şöbə müdiri Eldəniz Həsənov kəndə gələn zaman həmin torpağa gözü düşdüyü üçün əlimdən qanunsuz olaraq aldırıb qardaşının adına sənədləşdirmişdir. Bütün kənd sakinləri Eldəniz Həsənovu mülkədar kimi tanıyır. Bu haqsızlıq mənə çox pis təsir göstərdi. Ürəyimdən cərrahiyyə əməliyyatı keçirdim. Mən Qarabağ torpaqlarının azadlığı uğrunda döyüşlərdə iştirak edən zaman Eldəniz Həsənov gizlənmişdi. İndi Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində özünü hegemon kimi aparır.



Mən – Zərdab rayonu Dəliquşçu kənd sakini Mehrəliyev Araz Qardaşxan oğlu da qohumlardan şikayətçiyəm. Atam Qardaşxan Mehrəliyev 2001-ci il tarixdə Dəliquşçu bələdiyyəsindən heyvandarlığın inkişafı məqsədi ilə 10 hektar torpaq sahəsini 15 illik müqavilə əsasında icarəyə götürmüşdü. Həmin torpaq sahəsində 18 nəfərdən ibarət ailəmiz zəhmətlə əkib-becərib, heyvandarlıqla məşğul olub dolanırdıq. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldəniz Həsənov və “Aqrolizinq” ASC-nin əməkdaşı Vüsal Həsənovun göstərişi ilə həmin torpaq sahəsi 2014-cü il tarixdə əlimizdən qanunsuz olaraq alınaraq Namiz Həsənovun adına sənədləşdirilmişdir. Baxmayaraq ki, həmin icarə müqaviləsində qeyd edilən şərtlərə əməl etmişik, hər il icarə pulunu vaxtlı-vaxtında ödəmişik. Atam Qardaşxan Mehrəliyev bu haqsızlığa dözə bilməyib vəfat etdi. İndi həmin 10 hektar torpaq sahəsində Eldəniz Həsənov və Vüsal Həsənov özlərinin ferma təsərrüfatı üçün taxıl və yonca əkdirirlər. Bu şəbəkənin Dəliquşçu kəndində on min başdan çox iri və xırda buynuzlu heyvan saxlanılan böyük fermaları var. Onların bu qanunsuz əməllərindən bütün camaat əziyyət çəkirlər.



Mən – Zərdab rayon sakini Mirəliyev Cəlal Sirac oğlu 2006-cı il tarixdə Zərdab rayonunun Qoşa oba kəndindən fərdi mənzil tikintisi üçün 7 sot torpaq sahəsini bələdiyyə sədri Xələf Hacıyevdən almışdım. Orada bağ saldım və mənzil inşa etdirməyə başladım. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldəniz Həsənov qanunu torpağımı saxtakarlıqla, qanunsuz olaraq əlimdən aldırıb, oğlu Əli Həsənovun adına sənədləşdirdi. Həmin 7 sot torpaq sahəmin yanında əlavə olaraq 1 hektar torpaq sahəsini də digər oğlu Farizin adına sənədləşdirib böyük bir bağ salmışdır. Həmin 1 hektar torpağı hasarlayıb 4-5 yerdən qapı qoydurmuşdur. Kənardan baxan elə bilsin ki, bu torpaq sahəsi bir neçə nəfərə məxsusdur. Ancaq bu 1 hektar fərdi mənzil tikintisi üçün alınmış torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldəniz Həsənova məxsusdur. Mənim ailəmə qarşı edilən bu haqsızlığa görə əsəb xəstəliyi tapdım, iki dəfə infarkt keçirdim.



Mən – Zərdab rayonu Dəliquşçu kənd sakini Meralıyeva Məhluqə Niftalı qızı Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Eldəniz Həsənovun və əmisi oğlu Vüsal Həsənovun qanunsuz əməllərinin araşdırılıb tədbirlər görülməsini Prezident İlham Əliyevdən və kənd təsərrüfatı naziri İnam Kərimovdan xahiş edirəm. Eldəniz Həsənov bizim ailəyə məxsus torpağa qanunsuz olaraq sahiblənib, qardaşının adına sənədləşdirib. O kimdir ki, Dəliquşçu və ətraf kəndlərin sakinlərinin torpaqlarını qanunszuluqla əllərindən alıb özününküləşdirib? Nə üçün bu faktlar araşdırılmır?

Biz bu müraciəti böyük ümidlə kənd təsərrüfatı naziri İnam Kərimova edirik. İnanırıq ki, Kənd Təsərrüfatı Nazirliyində şəbəkə yaratmış Eldəniz Həsənovun, onun əmisi oğlu Vüsal Həsənovun kasıb dinc zəhmətkeş insanlara qarşı etdikləri qanunsuz əməllər araşdırılıb barələrində ciddi tədbirlər görüləcək.

Eldəniz Həsənovun qardaşı Hamiz Həsənovun ali təhsili yoxdur ancaq qardaşının və əmisi oğlunun himayəsi ilə Zərdab Aqrolizinq İdarəsinin müdiri vəzifəsinə təyin olunub. Həmin aqrolizinqə məxsus texnikaların çoxu isə qardaşı Namiz Həsənova veriblər. O da Eldəniz Həsənova və Vüsal Həsənova məxsus fermer təsərrüfatında işlədilir. Kənddə taxıl biçdirilməsi üçün teknika qıtlığı olsa da Həsənovların fermer təsərrüfatlarında Aqrolizinqə məxsus texnikalar gecə-gündüz işləyir.



Eldəniz Həsənovun və əmisi oğlu Vüsal Həsənovun Bakı şəhərində çoxlu sayda mənzilləri, mülkləri, ticarət obyektləri, bahalı avtomobilləri var. Onların bu var-dövlətdən gözləri doymayıb, Zərdab rayonunun Dəliquşçu və digər kəndlərində camaata məxsus halal, qanuni torpaq sahələrini əllərindən qanunsuz yollarla alıb özününküləşdirmişdilər. Onlar bu pulları dövlət büdcəsini talamaqla əldə etmişdilər. Onların fəaliyyəti ciddi araşdırlarsa, əməlləri tam subut olunacaq. İnanırıq ki, yeni təyin olunmuş kənd təsərüfatı naziri cənab İnam Kərimov bu müraciətimizə diqqət ayırıb təcili ciddi tədbirlər görəcək.

Hörmətli İnam Kərimov! Sizdən çox-çox xahiş edirik, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirləri Eldəniz Həsənovun, onun əmisi oğlu Vüsal Həsənovun əməllərini araşdırıb onların barəsində ciddi tədbirlər görəsiniz!

İmza: Zərdab rayonu Dəliquşçu kənd sakinləri Abdullayev Hafis Balaca oğlu; Mehraliyev Araz Qardaşxan oğlu; Mirəliyev Cəlal Sirac oğlu; Mehralıyeva Məhluqə Niftalı qızı”.
P.S.Şikayətdə adları çəkilən şəxslərin, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin də mövqeyini dərc etməyə hazırıq.

Xəbər 3050 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +