Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


07.04.2022  14:41 

Binamusluq edəcək qədər həyasız...





A+  A-

Qərbpərəstləri, liberalları düzgün adamlar saymıram. Onlar söz verən, sonra bu sözdən heç bir izahat vermədən asanlıqla qaça bilən məxluqlardır. Onlara deyəndə bu, kişiyə yaraşmır, ağız büzür, gülürlər. Yəni nə kişi, get ağzını yaxala...

Bir dəfə bir liberalla aramızda belə bir söhbət oldu. Bir az da içmişdik. Mənə içki elə də güclü təsir etmir, amma onun quş başı artıq dəm idi. Bir yazıçı haqda danışırdıq, mən dedim ki, onun fikirlərindən xoşum gəlmir, ancaq salamımız var, çörək kəsmişik deyə tənqid eləmirəm. Yoxsa darmadağın edərəm, izi-tozu qalmaz. Qayıdıb dedi ki, nə çörək... Çörək yemisən qaytar, yəni qus, qurtarıb getsin... və ağzını açıb, "aaa" edərək, qusan adamı yamsıladı.

Ona heç nə demədim. Ancaq o səhnə və dediyi sözlər heç vaxt yadımdan çıxmayacaq. Bu səbəbdən o cür adamların hamısı ilə əlaqəni yavaş-yavaş kəsmişəm. Bu adamlar çox əxlaqsızdır. Sabah binamusluq edəcək və bunun adını "sevgi" qoyacaq qədər həyasız və dəyyusdurlar.

Bir yazar mənə bir şairin o biri şairin evində qonaq olduqdan sonra onun həyat yoldaşı haqda "zor şeydir" deməsi haqda danışıb. Sadəcə abır edib adlarını çəkmirəm. O mənə intihar etmiş cavan bir yazarın xanımının tanınmış bir qoca liberal tərəfindən yoldan çıxarıldığını da deyib. Özü bu barədə dəfələrlə status da yazıb, ancaq qarşı tərəfin tükü də tərpənməyib.

Mən bu səbəbdən hazırda çoxusu "Ukrayna aşiqi" olan o insanlarla münasibətləri kəsmişəm. Sadəcə bəzən elə olur ki, onlarla debata-filana çıxmalı oluram ki, ancaq özləri deyib, özləri eşitməsinlər. Xalqın başını cəfəngiyyatla doldurmasınlar.

Bu günə bir TV-dən debat təklif gəlmişdi. Təklif edən də bir jurnalist xanımdır.

Opponentimin adını söylədi, doğrusu, fikirləri ilə razı olmasam da, həyatda onu normal insan kimi tanıyıram. Salamımız da olub vaxtilə. Liberal olsa da, mənə elə gəlir ki, simasını itirməyib. Az öncə xanım mənə yazır ki, adam bu gün debata gələ bilməyəcəyini yazıb. Xanım soruşub ki, ümumiyyətlə gəlmək istəmirsiniz, yoxsa bu gün işiniz var? Xanımın sualını cavabsız qoyub...

Belə əxlaq yiyələrini qəbul etmirəm, açığı. Adam sözünü kişi kimi deyər, oxu atıb, yayı gizlətməz. Xüsusilə də, tərbiyəli, kifayət qədər etikalı bir xanımın sualını cavabsız qoymaz. Deyər ki, bağışlayın, mən o adamla çıxmaq, polemika aparmaq istəmirəm. Bunu da deyə bilmir, çünki dünən razılıq verib axı. Fikrini dəyişdiyini etiraf etməyə belə cürəti çatmır. Qardaşım, sən istəmirsənsə, mən dünəndən istəmirəm.

Sadəcə, dediyim kimi, xalqımızın düz sözə, həqiqətə ehtiyacı olduğu üçün sizlərlə bir masa arxasına keçirəm. Yoxsa siz kim, mən kim...

Bunlar hamısı belədir. Amerikası da, Avropası da, ingilsi də, fransızı da, almanı da. Liberalın milləti olmur. Bunlar Rusiyaya da çox şey söz vermişdilər; demişdilər ki, NATO Şərqə doğru genişlənməyəcək. Post-sovet məkanına girməyəcək. Ancaq ucuz fahişə kimi sözlərini dandılar. Elə ki bunların yanında Putin "sözübütöv, kişi adamdır" deyirsən, sanki atalarının gorunu söyürsən...

Nadir Qocabəyli


Xəbər 1958 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +