QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib


09.02.2017  13:30 

“Yalvarıram, onu bağışlayın” - Lapşinin anası





A+  A-


Həbs olunan bloqçu Aleksandr Lapşinin anası Bella Lapşin açıqlama verib.

XəzərNews.az xəbər verir ki, BBC Azərbaycancaya müsahibəsində o oğlunun bu dəfə "düşüncəsiz hərəkət" etdiyini, lakin ümumiyyətlə "heç vaxt həbslə nəticələnəcək hərəkətə yol verməyən insan" olduğunu deyib.

Lapşinin Azərbaycana ekstradisiya olunmasını mətbuatdan öyrəndiyini bildirən anası özünün və qızının hadisədən çox kədərləndiklərini deyib. O həmçinin bildirib ki, Aleksandr Lapşinin ekstradisiyasından sonra, onunla oğlunun şəraiti və ya onun hüquqi baxımdan vəziyyəti barədə heç kəs əlaqə saxlamayıb.

Azərbaycan hökumətinin onun işi ilə bağlı şəfqətli olmasına rica edərək, Bella Lapşin gələn həftə Azərbaycana getmək niyyətində olduğunu bildirib. "Mən oğlumla görüşməyə çalışacağam", o, əlavə edib.

Oğlunun azadlığa buraxılmasına dərindən ümid etdiyni deyən Bella Lapşin, Azərbaycan hökumətinə"yalvarıram, onu bağışlayın və əfv edin" deyə müraciət etdiyini bildirib.



Xəbər 1195 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +