07.02.2017 11:35
"Bu gün Suriya və Yaxın Şərqdə baş verən bir sıra hadisələr sanki Dağlıq Qarabağ münaqişəsinin həllini kölgədə qoyub”.
XəzərNews.az bildirir ki, bu sözləri BakiPost.az-a politoloq Arzu Nağıyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durumu şərh edərkən deyib. O bildirib ki, son vaxtlar ATƏT-in Minsk qrupunun həmsədrləri, eyni zamanda ATƏT-in üzvü olan bir sıra dövlətlər Azərbaycan və Ermənistan məsələsinə müəyyən aydınlıqlar gətirməyə, Dağlıq Qarabağ münaqişəsini məhz danışıqlar yolu ilə həll etməyə çalışır: "Yəni əvvəllər deklarativ bəyanatlardan bir addım kənara getmirdilərsə, bu gün artıq konkret addımlar atmağa çalışırlar.
Hazırda Suriya və Yaxın Şərqdə olan bir sıra hadisələr Dağlıq Qarabağ münaqişəsinin həllini kölgədə qoyub. Məhz buna görə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər hansı addımları gözə görünmür. Bu gün hər hansı bir irəliləyiş də yoxdur.
Ən çox Rusiya bu məsələnin marağında olan dövlət olmalıdır. Çünki SSRİ-nin sələfi kimi əgər bu ocaqların yaranmasında rolu olubsa, bütün varisliyi üzərinə götürən Rusiya məhz bu münaqişələrin həllində də müstəsna rol oynamalıdır. Bu, az da olsa Rusiya tərəfindən edilir. Ermənistana müəyyən təzyiqlər və təsirlər var. Bu məsələlərin həllində Rusiya çalışır ki, hətta xalq diplomatiyasından belə istifadə etsin. Bunu müəyyən irəliləyişlərin olması üçün edir. Əsas səbəb olaraq da Rusiya, ümumiyyətlə nüfuz sahibinə çevrilməyə, regionun nüfuzunu qorumağa çalışır”.
Arzu Nağıyev hesab edir ki, İsrail və Türkiyə Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın xeyrinə həll olunmasını bu dövlətlərdən tələb və ya xahiş edə bilər: "Rusiya nəyə görə bunu bəzi qurumlara həvalə etmək istəyir? Çünki ABŞ-ın yeni prezidenti ilə İsrailin baş nazirinin isti münasibətləri var. Eyni zamanda Türkiyə və Azərbaycan, Rusiya və Türkiyə arasında münasibətlər yaxşıdır. Təbii ki, İsrail və Türkiyə Dağlıq Qarabağ məsələsinin məhz Azərbaycanın xeyrinə həll olunmasını bu dövlətlərdən tələb və ya xahiş edə bilər. Ermənistana yüksək səviyyədə təzyiqlər ola bilər. Ona görə də məhz bundan qaçmaq üçün cənab Lavrov, hətta məşhur bəyanatında bunun "tək Azərbaycanın daxili işi olmadığını” bəyan etməklə bərabər, bunu beynəlxalq qurumların üzərinə qoydu”.
Politoloq vurğulayıb ki, beynəlxalq qurumlarda məhz Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xeyrinə nəticələnə bilər:"ATƏT-in Minsk qrupunun əsas işi tam şəkildə bunu həll etməkdir. Ona görə də Ermənistan və Rusiyanın özü də bundan narahatdır. Çünki beynəlxalq qurumlarda da Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xeyrinə nəticələnə bilər. Gedişat da bunu göstərir.
Əvvəllər hər bir millətin müqəddəratının həll edilməsi ilə bağlı bəyanatlar səslənirdisə, artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ön plana çəkilir. Təbii ki, keçən il baş verən aprel hadisələri də təsir elədi. Azərbaycan sübut elədi ki, hətta bu məsələni hərbi yolla da həll edə bilər. Lakin sülh istiqamətində müvafiq addımlar atır. Bütün bunlar təbii ki, Lavrovun verdiyi son müsahibəsində də öz əksini tapır”.
|
22.08.2024 16:24
22.08.2024 16:17
22.08.2024 16:13
Hüseyn Abdullayevin məhkəməsi səhhəti ilə əlaqədar təxirə salınıb
22.08.2024 15:58
21.08.2024 19:07
21.08.2024 17:28
21.08.2024 17:12
21.08.2024 12:52
21.08.2024 12:24
21.08.2024 12:12
Leyla Əliyeva Hidayət Heydərov və Zelim Kotsayevlə görüşüb -Fotolar
20.08.2024 14:54
20.08.2024 12:32
Azərbaycanı təmsil edən slavyan gözəli insanları valeh etdi -Foto
20.08.2024 09:45
19.08.2024 18:51
Keçmiş və müasirliyi özündə birləşdirən İzmir şəhəri -Fotolar
19.08.2024 17:02
Bakıda analoqu olmayan məktəb - Bir ailənin dərs dediyi məkanla bağlı ilginc faktlar - VİDEO
19.08.2024 16:55
19.08.2024 16:23
19.08.2024 15:38
“Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... - Ən passiv deputatın VARİDATI
19.08.2024 15:30
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
19.08.2024 12:57
19.08.2024 09:18
18.08.2024 21:13
17.08.2024 15:45
17.08.2024 15:43
17.08.2024 15:37
17.08.2024 14:55
17.08.2024 13:08
17.08.2024 12:27
16.08.2024 18:24
Qubada “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” ilə bağlı tədbir keçirilib -Fotolar
16.08.2024 13:38