QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib


10.01.2020  11:17 

Bakıda əcnəbi qızların ölümünə görə cinayət işi açıldı





A+  A-

Bakıda 3 əcnəbi vətəndaşın ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb.
XəzərNews.az-ın Bakı Şəhər Prokurorluğuna istinadən məlumatına görə, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Xatırladaq ki, ötən gecə Bakının Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə baş verən yanğın zamanı həmin mənzildə tüstüdən Şri-Lanka vətəndaşları olan 3 qız zəhərlənərək ölüb.

Ölən şəxslər “Western Caspian” Universitetinin tələbələri 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukidir.

Xəbər 1823 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +