“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı


26.04.2017  16:23 

“İqtisadiyyatda özəl sektorun payı 80%-i ötüb” - Əli Həsənov





A+  A-

“Tarixi təcrübə sübut edib ki, xüsusi mülkiyyətə, özəl təşəbbüslərə, işgüzarlığa, azad biznes fəaliyyətinə və rəqabətə əsaslanmayan hər hansı iqtisadi model səmərəli ola bilməz”.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun "Biznes həyatı" jurnalında dərc olunan məqaləsində deyilir.

Ə.Həsənov qeyd edib ki, sahibkarlığın dəstəklənməsi Azərbaycan dovlətinin sosial-iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən birini təşkil edir: “Dövlət-sahibkar münasibətlərinin tənzimlənməsi, iqtisadi qanunvericiliyin, inzibati prosedurların və institutsional mexanizmlərin təkmilləşdirilməsi, biznes subyektləri arasında işgüzar əlaqələrin inkişafi, sosial-iqtisadi proqramların həyata keçirilməsi və digər ardıcıl tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 80%-i ötüb, məşğul əhalinin 70%-dən çoxu bu sektorda cəmləşib”.

PA rəsmisi bildirib ki, Azərbaycanda sahibkarlığa göstərilən dövlət qayğısı müxtəlif sahələrdə özünü büruzə verir. Azərbaycan Prezidenti İlham Əliyevin Saatlıda pambıqçılığın inkişaf məsələlərinə həsr olunmuş respublika müşavirəsində qeyd etdiyi kimi bu sahədə xüsusi əhəmiyyət daşıyan amil dövlət başçısının ardıcıl siyasi dəstəyinin olmasıdır. Prezident İlham Əliyev tez-tez sahibkarlarla görüşür, onların problemlərinin həlli yönündə tapşırıqlar verir, iş adamlarını ölkə iqtisadiyyatına daha böyük sərmayə yatırmağa həvəsləndirir.

Ə.Həsənov yazır ki, qlobal iqtisadi böhranın təsirləri, dünya bazarında konyuktur və qiymət tərəddüdləri dövlətin iqtisadi siyasətində nəzərə alınaraq, vaxtında və adekvat addımlar atılır: “Hazırda bu siyasətin əsas qayəsini ölkə iqtisadiyyatının şaxələndirilməsi, neftdən asılılığın aradan qaldırılması təşkil edir. Son vaxtlar biznes və investisiya mühitinin yaxşılaşdırılması iqtiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısı milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrini təsdiq edib. Şübhə yoxdur ki, bu sənədlərdə nəzərdə tutulan tədbirlərin reallaşdırılması sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verəcək”.

Xəbər 2638 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti


BÜTÜN XƏBƏRLƏR +