Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


12.07.2018  18:05 

Ərdoğanı təhqir edən sənətçiyə 11 ay həbs cəzası verildi





A+  A-

Müğənni-aktrisa Zuhal Olcaya 11 ay 20 gün həbs cəzası verilib.
XəzərNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb sənətçinin 2016-cı il avqustun 5-də konsertində prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməsidir.

Olcay mahnı ifa edərkən sözləri Ərdoğana həsr edərək əli ilə təhqiramiz hərəkət göstərib. Tamaşaçılardan birinin iddiası üzrə məhkəməyə verilən Zuhalın 1 il 2 aydan 2 il 8 ayadək cəzalandırılması istənilib. Məkandakı kameralara baxdıqda müğənninin, həqiqətən, Ərdoğanı təhqir etdiyi sübuta yetirilib.

Olcay məsələ ilə bağlı "Səhvən etdiyim hərəkət idi. Təhqir məqsədilə etməmişdim. Cəza veriləcəksə, pula çevrilməsini tələb edirəm" deyib.

Əvvəlcə Zuhal Olcaya "Prezidenti qəsdən təhqiretmə" maddəsi ilə 1 il 2 ay həbs cəzası verilib. Məhkəmə sənətçinin keçmişini, yaşını və davranışlarını nəzərə alaraq cəzanı 11 ay 20 günə endirib.

Cəzanın təxirə salınmasına və 1 il 6 ay müddətinə icra qüvvəsi olmasına qərar verilib.

Xəbər 944 dəfə oxunub.




21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +