Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


02.01.2022  14:19 

Sabaha proqnozlaşdırılan KÜLƏK bu gündən başladı





A+  A-

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

XəzərNews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi axşam cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-8° isti, Bakıda gecə 4-6° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 02-04-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin tez-tez bir-birini əvəz edəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 1-6° isti olacaq.

Xəbər 1599 dəfə oxunub.




07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +