07.02.2017 13:49
Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevralın 6-da Otman-Bozdağ palçıq vulkanında güclü püskürmə baş verməsi ilə bağlı məlumat yayıb.
XəzərNews.az xəbər verir ki, püskürmə ümümən 9 dəqiqəyə yaxın olub. Vulkan kraterindən cənub istiqamətində eni bəzi yerlərdə 6 metrəyə çatan çatlar 3-4 km məsafəyə qədər uzanaraq yeni çat sistemi təzahürü yaradıb. Yeni xaric edilmiş sülb tullantılarının həcmi 12 hektardan çox ərazini örtüb. Xaric olan brekçiya qatının qalınlığı 2 metrə yaxındır, uzunluğu isə 350 metrə çatır.
Yaxınlıqda yaşayış məskənləri olmadığından bu palçıq vulkanı təhlükəli hesab edilmir. Vulkanının yerləşdiyi tektonik çatın üzərində bir neçə iri palçıq vulkanı da vardır ki, onların da aktivləşmə ehtimalı artıb.
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən prosesə nəzarət olunur və müvafiq ölçmə işləri aparılır.
Qeyd edək ki, Otman-Bozdağ palçıq vulkanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294s nömrəli Sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun daimi istifadəsinə verilib.
|
17.07.2024 15:46
17.07.2024 15:07
Türk ocaqlarının yaranmasında azərbaycanlıların rolu - I YAZI
17.07.2024 14:27
17.07.2024 14:14
17.07.2024 13:04
17.07.2024 12:50
17.07.2024 12:26
16.07.2024 17:55
16.07.2024 17:46
16.07.2024 17:45
16.07.2024 17:40
16.07.2024 17:38
16.07.2024 15:42
16.07.2024 11:23
16.07.2024 09:33
Hərbi xidmətini başa vurub evə qayıdanda qardaşının çimərlikdə batdığı xəbərini aldı -Video
15.07.2024 17:11
15.07.2024 17:00
15.07.2024 16:20
15.07.2024 16:12
15.07.2024 16:07
Soydaşlarımızın nəzərinə... - Bu ölkə ilə viza tələbi aradan qalxdı
15.07.2024 12:59
15.07.2024 12:40
15.07.2024 11:09
Hikmət Babaoğlu: “Özümüzü yenidən kəşf etməyin vaxtı çoxdan çatıb”
15.07.2024 10:48
14.07.2024 20:06
13.07.2024 16:45
13.07.2024 15:40
13.07.2024 13:34
13.07.2024 13:07
Erməni sərhədçilər azərbaycanlı sürücünü döyüb öldürdü -Foto
13.07.2024 11:36
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
12.07.2024 17:09