Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək


19.01.2024  22:00 

Corc Dik Şəhidlər Xiyabanını ziyarət edib





A+  A-

İsrailin Azərbaycandakı səfiri Corc Dik Şəhidlər Xiyabanını ziyarət edib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Səfirliyin rəsmi instaqram hesabında paylaşım edilib.

Paylaşımda deyilir:

“Yanvarın 20-də Azərbaycan xalqı onun milli azadlıq ruhunu darmadağın etməyə çalışan təcavüzkarların zorakılığı nəticəsində 147 günahsız insanın faciəli şəkildə həlak olmasını yad edir.

Kədərinə baxmayaraq, mətanətli Azərbaycan xalqı azadlıq və öz müqəddəratını təyin etmək uğrunda mübarizəni inadla davam etdirdi.

İsrail xalqı bu gündə və hər gün Azərbaycan xalqının yanındadır.

Bunun necə bir hiss olduğunu bilirik. Oktyabrın 7-də HƏMAS İsraili işğal etdi, israilliləri evlərində öldürdü, zorladı, işgəncə verdi və qaçırdı. HƏMAS bizi və milli azadlıq ruhumuzu məhv etmək istəyirdi. Onlar uğursuz oldu. Biz birləşmişik, güclüyük və qərarlıyıq. Qələbəmiz həyatın, azadlığın və insan ləyaqətinin qələbəsi olacaq”./qafqazinfo

Xəbər 916 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib

13.08.2024  14:51 

Prezident sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +