Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


07.07.2021  18:03 

Rusiya estoniyalı diplomatı “arzuolunmaz şəxs” elan etdi





A+  A-

“Estoniyanın Sankt-Peterburq şəhərindəki konsulu Mart Lyatte 48 saat ərzində Rusiyanı tərk etməlidir”.
XəzərNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bildirib.

“Estoniyanın Sankt-Peterburq şəhərindəki konsulu Mart Lyattenin diplomatik statusuna uyğun olmayaraq kəşfiyyat xarakterli məlumatlar toplaması ilə əlaqədar olaraq Rusiya tərəfi öz qəti etirazını bildirib. O, Rusiya vətəndaşından məxfi materiallar alarkən iş başında saxlanılıb. Bununla əlaqədar olaraq Mart Lyatte “persona non grata” (“arzuolunmaz şəxs”) elan olunub”, - deyə XİN rəsmisi qeyd edib.

Estoniya XİN isə öz növbəsində, ölkəsinin diplomatının saxlanılmasını təxribat olaraq qiymətləndirdiyini açıqlayıb.

Xəbər 2133 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib


BÜTÜN XƏBƏRLƏR +