Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


20.11.2017  10:54 

“Vicdanın varsa, sus...“ - İki xalq artisti arasında “müharibə“





A+  A-

Xalq artisti Flora Kərimova həmkarı, Milli Məclisin deputatı Zeynəb Xanlarovanı sərt şəkildə tənqid edib.
XəzərNews.az xəbər verir ki, F. Kərimova deputatın parlamentin son iclasında aktyor Rasim Balayevin səhhəti ilə bağlı çıxışına qəzəblənib:

“Bu xəbəri gördükdə, keçən həftənin icmalını silkələyən, 40 ilə yaxın deputat kürsüsünu zəbt edən, xalq artisti Zeynəb Xanlarovanın Rasim Balayev və Azərbaycan müəllimi barəsində dediklərinə göz yuma bilmədim. Susa bildiyim qədər susdum ki, yenə deməsinlər, Flora Kərimova polemika axtarır, qaşınmayan yerdən qan çıxardır və ya kiminsə bostanına daş atır! Bildiyim qədəri ilə insanın həyatı boyu xasiyyəti dəyişmir, hədəfləri dəyişir. İldə-fəsildə bir fikrə, bir düşüncəyə xidmət eləmək...?! İllah da səksəndən sonra!

Birinci gələk şabalıd satan müəllim mövzusuna… Deyən gərək qocalaydın ki, ürəyin "yumşalaydı"!? Pensiya vaxtını azaltdığın, uşaq pulunu kəsdirdiyin, maaşının artırılmasına etiraz etdiyin müəllimlər illər sonra Türkiyədə acınacaqlı görüb halına acıyaydın!? Müəllimə bu rəzaləti layiq bilib sonra başını sığallamaq... Kimə gərəkdir?

Ağbirçək olasan, 25 ilə yaxın müharibə şəraitində yaşayan dövlətə birbaşa “xidmət” edəsən və bütün titulları alasan, müharibə astanasında müharibədən dönəsən, yüzə yaxın şəhidin ola… Sən gedib ermənilərlə sülhə qoşulasan?

Nə qədər özünü mənasız və cılız, yaxşı göstərib silahdaşlarıni küçümsəmək olar!? Ayıbdır, amma dahası olmamalıdır! Bəs sən niyə elə orda, dediyin qədər ürəyin yanırdısa o “qanın qaynadığı”, acıdığın İstanbulda şabalıd satan müəlliminə cüzi də olsa bir yardım etmədin, ya da xalq artistinə. Vicdanın varsa, sus və heç yaxşılıq eləmə! 40 ildə eləmədinsə bundan bele də cəhd etmə bil ki, ziyanın dəyir”.

Xəbər 10544 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub


BÜTÜN XƏBƏRLƏR +