12.02.2017 14:03
Latviya prezidenti yaxın vaxtlarda Azərbaycana səfər edəcək
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Latviya xarici işlər naziri Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XəzərNews.az-ın məlumatına görə, dövlət başçısı ölkələrimiz arasında münasibətlərin yaxşı tarixə və möhkəm əlaqələrə malik olduğunu söyləyib.
Prezident İlham Əliyev dünyada və regionda vəziyyətin dəyişdiyi bir şəraitdə qarşılıqlı fikir mübadiləsinin önəmini qeyd edib. Dövlət başçısı mütəmadi olaraq məsləhətləşmələrin, fikir mübadiləsinin aparılmasının və ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan ilə Latviya arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu deyən prezident İlham Əliyev iqtisadi sahədə isə qarşıda mühüm vəzifələrin dayandığını, ticarət dövriyyəsinin, gələcəkdə investisiyaların artırılmasının və biznes strukturlarını cəlb etməklə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırdı. Dövlət başçısı Latviyanın xarici işlər naziri Edqars Rinkeviçsin ölkəmizə səfəri zamanı bu və digər məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu dedi.
Xarici işlər naziri E. Rinkeviçs Latviya prezidenti Raymonds Veyonisin səmimi salamlarını dövlət başçısına çatdırıb. Azərbaycan ilə Latviya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan E. Rinkeviçs deyib ki, Latviya prezidenti R. Veyonis yaxın vaxtlarda Azərbaycana səfər edəcəyinə və Azərbaycan prezidenti ilə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyinə ümidvardır. Azərbaycana bundan əvvəlki səfərlərini xatırlayan Latviyanın xarici işlər naziri ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib.
Görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin iqtisadi, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı Latviya prezidenti R. Veyonisin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Latviyanın prezidentinə çatdırmağı xahiş edib.
|
08.08.2024 20:59
08.08.2024 16:28
08.08.2024 16:12
08.08.2024 16:00
08.08.2024 15:55
07.08.2024 18:54
07.08.2024 18:20
07.08.2024 17:21
07.08.2024 15:58
07.08.2024 11:23
07.08.2024 11:13
07.08.2024 11:03
07.08.2024 09:01
06.08.2024 16:54
06.08.2024 15:38
06.08.2024 13:02
06.08.2024 12:52
06.08.2024 10:31
05.08.2024 21:32
05.08.2024 18:50
05.08.2024 18:06
Türkiyə “bitib-tükənməz bənzərsiz təcrübələr” diyarı -FOTOLAR
05.08.2024 17:59
05.08.2024 17:55
05.08.2024 17:37
05.08.2024 17:30
05.08.2024 17:25
05.08.2024 12:54
05.08.2024 11:20
04.08.2024 22:53
03.08.2024 19:07
03.08.2024 18:58
03.08.2024 18:54