Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu düşmən üzərində parlaq qələbimizin ildönümü – 8 NOYABR ZƏFƏR GÜNÜ münasibəti ilə “QƏHRƏMANLIQ SALNAMƏSİ” adlı yazı müsabiqəsi elan edir.
Fonddan
XəzərNews.az-a verilən məlumata görə, müsabiqəyə Vətən Müharibəsinin şəhidləri, şəhid ailələri və qazilər haqqında müxtəlif mövzularda yazılar qəbul olunur.
Təqdim edilən materiallar 14 ölçülü Times New Roman şrifti ilə, 1.0 intervalda, 2-5 Microsoft Word (A4) səhifəsi həcmində olmalıdır. Bununla yanaşı, müsabiqəyə qatılan müəlliflərdən özləri haqqında qısa məlumat, e-ünvan və əlaqə nömrələrini qeyd etmələri tələb olunur.
Müsabiqəyə yazılar 27 sentyabr – 20 oktyabr 2021-ci il tarixləri arasında qəbul olunacaq.
Müsabiqəyə 1 sentyabr 2021-ci il tarixindən sonra saytlarda və ya mətbuatda dərc olunmuş yazılar da təqdim edilə bilər.
Yazılar münsiflər heyəti tərəfindən anonim şəkildə qiymətləndiriləcək. Müsabiqənin yekunu və qaliblərin adları 8 NOYABR ZƏFƏR GÜNÜ ərəfəsində təşkil olunacaq mükafatlandırma tədbirində elan olunacaq. Tədbir haqqında müəlliflərə öncədən məlumat veriləcək.
Müsabiqədə ilk 3 yeri tutan iştirakçı qalib kimi və daha 2 iştirakçı həvəsləndirici mükafata layiq görüləcək.
• 1-ci yer: 700 azn
• 2-ci yer: 500 azn
• 3-cü yer: 300 azn
• Həvəsləndirici 2 yer: hər biri 150 azn
Yazılarınızı aşağıdakı e-mail ünvanlarına göndərməyiniz xahiş olunur:
[email protected]
[email protected]
[email protected]
Əlaqə telefonları:
(012) 433 22 96/97
(050/077) 722 33 34
Xəbər 2234 dəfə oxunub.