“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


07.01.2024  18:37 

Mirşahin Ağayevdən Aygün Bəylərlə bağlı təsirli YAZI...





A+  A-

ÖMÜR VƏ ÖLÜM DUETİ (TUT AĞACI ÜÇÜN ELEGİYA)

…Ömürlə ölüm hər kəsdə birlikdə yaşayır. Yeni doğulmuş uşaqda da, yaşı yüzü adlamış qocada da. Amma həyatın işlək, adi, cari çağlarında bu daimi müttəfiqliyin yalnız bir üzünü görürsən. Səninlə ünsiyyətdə yalnız qarşı tərəfin ömür tayı qüvvədə olur. Ölüm üzü yada düşmür.

… Amma istisnalar var!

Şəxsən mən ölüm-dirim cütlüyü haqqında yalnız xərçəng xəstələri ilə danışanda, onlara baxanda fikirləşirəm. Yalnız onlarla ünsiyyətdə olarkən görürəm ki, qarşımda hər iki dünyanı biryerdə daşıyan İNSAN var. Onlarda həm ömür, həm ölüm birlikdə dilə gəlir, birlikdə gülür, birlikdə hərəkət edir… birlikdə bişirir, birlikdə yazır, birlikdə uşağı bağçadan götürür…

birlikdə…

birlikdə…

birlikdə…

Ömür-ölüm tandemi ilə bir yerdə “Salam!”laşır, bir yerdə “Sağ ol!”laşırıq. Etiraf edim ki, olduqca qəribə hissdir. Bir tərəfdən bilirik ki, onsuz da hamımız öləcəyik. Amma fərdi təqviminin ölüm vərəqini hər dəfə hiss etdiyin, virtual şəkildə “gördüyün” o şəxslərin yaratdığı hisslər, oyatdığı təəssüratlar, etdiyi əməllər sanki iki dəfə artıq olur. Hər iki aləmə vurulduğuna görə çəki, miqyas, miqdar, həcm də artır… Hasilləşir!

… Aygün Bəylər özündə iki aləm daşıyırdı.. Bəylər vəfat edəndən sonra adını özünə soyad götürmüşdü… Aygün ömür, Bəylər ölüm hissəsi tək vücudda yaşayırdı. Xərçəng xəstəliyi onu hər dəfə həyatın ölüm payını da özü ilə gəzdirməyə vadar edirdi. Qızının əlindən yapışanda ölümlə-xərçənglə yapışırdı…

Mikrofonu tutanda ölümlə-xərçənglə tuturdu. Müsahibə verəndə ölümlə-xərçənglə verirdi… Azərbaycanda çox mədəniyyət adamı xərçəngdən vəfat edib. Amma heç biri ölümlə duetdə konsert verib getməyib. O nə oxumaq, o nə qüdrətli Səs, hələ O nə Dəsmal idi, İlahi?! Aygünün son konsertinə getmək istəmişdim. Mədəniyyət və incəsənət sahəsində yaxşı əlaqələrə malik olan Tarixi ( MTV-nin aparıcısı) axtarmışdım. Bilmirəm, zəng çatmamışdı, ya başqa bir səbəbdən-hər halda sonda bilet tapmadım… Və mən o konsertə düşə bilmədim. Sonra onun konsertindən bəzi parçalar gördüm: əlində dəsmalla. Sanki ayrılığın rəmzi idi.

Aygün Bəylər mənim məsuliyyətlə: “Dahi!” deyə bildiyim nadir musiqi varlığı idi. Həmişə ona vəcdlə, emosiyalarımın Everestində qulaq asmışam. İstənilən yüksəklik üçün təbii olan hallar da yaşamışam. Məsələn, ya başım gicəllənib, ya havam çatmayıb. Amma dərk etmişəm ki, Aygün Bəylərdə ifa edən, oxuyan, yaradan İki Aləmdir: həm Olum, həm Ölüm!

Ona görə Aygün iki dəfə çoxdur! İki dəfə artıqdır! Aygün “Tut Ağacı!” deyə bütün insanlığa, canlılığa, cansızlığa müraciət edir, hər dəfə sanki hər kəsdən, hər nədən halallıq alırdı… “Neçə körpə budağını mən əzmişəm?!..” Bu, hər birimizin bir Ömür və bir Ölüm boyu hər kəs və hər nə qarşısında etməli olduğumuz yeganə etiraf olmalıdır…

Qəribədir…

Aygün Bəylər xərçəngdən vəfat etdi. Amma ilk dəfədir ki, məni “Şiş harasında idi?” kimi bəsit sualın maraqlandırmadığının fərqinə varıram. Bəlkə şiş onun Ömür yerində deyildi, elə Ölüm hissəsində idi…?! Biz Aygün Bəylərin səsini hər dəfə eşidəcək, amma o DƏSMAL-ın timsalında həm də görəcəyik…

Tarixdən isə həmişə soruşmaq istəyəcəyəm: Aygün Bəylərin son konsertinə bileti hardan tapa bilərəm?!

Mirşahin Ağayev

Xəbər 953 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.10.2024  12:45 

Mən ölümdən qorxmuram -Nazənin

11.10.2024  14:46 

İraqdakı Azərbaycan: Türkmanlar

10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib


BÜTÜN XƏBƏRLƏR +