Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub


29.07.2023  17:02 

Aşuranı lağa qoyanların nəsil-kökündə...





A+  A-

Yüz illərdir klassik soysuzlar İmam Hüseyn (ə)-ın adını qəlblərdən silmək üçün döyüşürlər. Pulla, silahla, qətllərlə… Bu yöndə ideologiyalar, təşkilatlar və dövlətlər qurdular. Amma nəticə əldə edə bilmirlər. Bu, əbədi məğlubiyyətdir. Hələ heç kəs Peyğəmbər övladı üzərində qələbə çala bilməyib, bundan sonra da olmayacaq. Özünüzü yormayın.

Bəlli bir həqiqət də var, hələ indiyə qədər südü, zatı təmiz olan heç kəs İmam Hüseynin (ə) adından qıcıqlanmayıb. Bu, bu günün həqiqəti deyil, hələ sağlığında “bizə qarşı döyüşənlərin südünü araşdırın” - demişdi İmam Əli (ə)…

Hər dəfə Aşura günü Peyğəmbər övladlarına qarşı atmacalar, lağ-lağ fikirlər, müqayisələr, böhtanlar başlayır. Bu azğın iftiraçıların kimliklərinə baxırsan, İmam Əlinin (ə) sözlərinin dəqiqliyindən heyrətə gəlməmək olmur. İmam Hüseynin (ə) bəşəri dəyərlərə çevirdiyi haqq-ədalət ideologiyası Günəş kimidir, o işıq bütün dünyaya yayılıb, bundan sonra da yayılacaq. Bu işığı, sevgini qəlbində gəzdirməyən adamlar anlamaz, gülüb keçər. İmamət bir millətin deyil, bütün bəşəriyyətin sərvətidir.

Aşağıdakı bu dahi "cahil"lər isə İmam Hüseyn (ə) haqqındakı fikirlər söyləyib, ona əsərlər həsr ediblər. Mən inanmıram ki, Aşuranı lağa qoyanların nəsil-kökündə bu şəxsiyyətlərin zərrəsi böyüklükdə kimlərsə olsun.

Bir neçəsinə diqqət edək:

Rabindrant Taqor - "İmam Hüseyn ən soyuq qəlbi də isidir. O, bəşəriyyətin lideridir".

Nelson Mandela - "Mən 20 ildən çox həbsdə yatdım, sonra bir gecədə hökumətin bütün şərtlərinə imza ataraq təslim olmaq qərarına gəldim. Lakin birdən İmam Hüseyn və Kərbəla qiyamını xatırladım. İmam Hüseyn azadlıq və liberallıq hüquqlarımı qorumaqda mənə yeni güc verdi və mən bunu bacardım".

Corc Cordan - Amma heç kəs, mənəvi və insani keyfiyyətlərinə görə də Kərbəla şəhidi Hüseyndən üstün ola bilməzdi…".

Viktor Hüqo - "Hüseyn inqilabının prinsipləri öz əzilmişlərinin haqqını əldə etmək istəyən hər bir üsyançıya tanışdır".

Antuan Baro - "Bəşəriyyətin tarixinin və müasir, nə də keçmişində elə bir döyüş yoxdur ki, insanda Kərbəlada Hüseynin əzabkeşliyi və döyüşkənliyi qədər heyrətdə buraxsın".

M.Ə.Rəsulzadə - “Böyük Aşuranın müəzzəm şəhidinə imtisal edərək ruhi-qəhrəmanlığını dərk edəlim ki, ən böyük əcri də ancaq bundan ala biləriz".

Üzeyir Hacıbəyov - "İmam Hüseynin şəhadəti bizlərə nümuneyi-ibrət, misali-qeyrət deyilmi?"

Məhəmməd Füzulini öz vəsiyyətinə uyğun olaraq, İmam Hüseyn (ə)-ın hərəmində dəfn edirlər. Özünün dediyi kimi, “… buraxın, mövlam İmam Hüseynin (ə) mübarək məzarının günbəz və minarələrinin kölgəsi qəbrimin üstünə düşüb başdaşıma dönsün...".

Heydər Əliyev - "Bizim yolumuz Allah yoludur, Məhəmməd peyğəmbərin yolu və İmam Hüseynin yoludur".

Lev Tolstoy - "Zəburun, Tövratın, İncilin faciəsi onda oldu ki, onların Quranın qəhrəmanı kimi İmam Hüseyni olmadı".

Mahatma Qandi - "Mən Hüseyndən (ə) zülmə məruz qalaraq qələbəyə nail olmağı öyrəndim. Mən Hind xalqına yeni ideayalar gətirməmişəm. “Azadlıq və Ölüm” şüarı mənim Kərbəla qəhrəmanını – İmam Hüseyni öyrənməymdən qaynaqlanıb. Elə bu şüarı da mən hindlilərə bəxş etdim. Əgər biz hind xalqını xilas etmək istəyiriksə, Hüseyn ibn Əli kimi hərəkət etməyi bacarmalıyıq".

Xristian Martini - "İmam Hüseyn eşqi ilə yanan, yaşayan bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz".

Samir Feyruzov

Xəbər 1521 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +