Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub


06.07.2023  11:08 

Bakı Mühəndislik Universiteti akademik borcla bağlı Arayış vermir





A+  A-

Bakı Mühəndislik Universitetinin (BMU) IV kursda oxuyan iki tələbəsinin təhsil hüququnun pozulduğu bildirilir.

Bu barədə hüquqşünas Səməd Rəhimli “Facebook” səhifəsində yazıb.

O bildirib ki, akademik borclarını aradan qaldırmadıqları halda həmin tələbələr 1 il 6 ay müddətinə hərbi xidmətə cəlb edilmək riski ilə üzləşirlər:

“Mövcuq qanunvericiliyə akademik borcu olan tələblərin akademik borclarını ağlabatan müddətdə ödəyənə qədər ali təhsil almaq hüquqları və tələbə statusları qüvvədə qalır. Buna əsasən hərbi xidmətə möhlət hüquqları da qüvvədə qalmalıdır. Buna baxmayaraq, ya tələbələrin təhsil aldıqları ali təhsil müəssisələri, ya da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumları bürokratik əngəllər yaradırlar”.

Hüquqşünas deyir ki, ona müraciət edən hər iki tələbəyə akademik borcu olmasına dair arayış verməkdən imtina edilib:

“Buna görə də tələbələr hazırda pis vəziyyətdə qalıblar və möhlət hüquqlarının davamiyyətini təmin edə bilmirlər. Bakı Mühəndislik Universiteti tərəfindən belə arayışın verilməsindən imtina edilməsi həmin tələbələrin təhsil hüquqlarının və qanuni möhlət hüquqlarının pozuntusudur”.

“Hazırda Bakı Mühəndislik Universiteti daxil olmaqla Azərbaycan universitetləri əsasən kredit sistemi adlandırılan tədris planlaşdırmasından istifadə edir. Mövcud qanuna əsasən, tələbə ixtisas üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər”, – deyə o bildirib.

“Göstərilənlərə əsasən, akademik borcu olan tələbələr ali təhsil müəssisəinin tələbələri sırasından xaric edilməyib və həmin tələbə kontingentində saxlanılır. Buna görə də akademik borcu ağlabatan müddətdə ödəyənə qədər möhlət hüquqlarının davamiyyəti təmin edilməlidir”, – hüquqşünas belə yazıb.

Onun sözlərinə görə, Bakı Mühəndislik Universitetinin rəhbərliyi akademik borcun olmasına dair arayışı verməkdən imtina edir. Bu hal isə təhsilalanların “Təhsil haqqında” Qanunla nəzərdə tutulmuş hüquqlarının pozuntusudur.

Bakı Mühəndislik Universitetindən Meydan TV-yə bildirilib ki, tələbələrin ad-soyadları təqdim edildiyi təqdirdə müvafiq sorğu cavablandırıla bilər.

Xəbər 1262 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +