Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub


13.06.2023  10:57 

Yenə də, ona gedirik?





A+  A-

Taksi nəqliyyatında islahatlar mövzusu indi gündəmdədir. Hələ sovet dövründə, Bakıda taksidə , taksometrlər işləmirdi. Moskvada işləyirdi, taksidən düşəndə xırda pul qaytarırdılar. Amma Bakıda çox vaxtı heç yandırmırdılar da...

Yandırsalar da, faktiki orda yazılandan daha çox pul istənilirdi müştəridən.

Yasəmən rəngli London taksilərində də, taksometlrər quraşdırıldı, amma bir müddətdən sonra işləmədi...

İndi istəyirlər yenə taksometr tətbiq etsinslər.

Əziz cənablar, hamının cibində olan smart telefonlar həm taksometrdir, həm yolölçəndir, həm qiymət qoyandır, həm vergi hesablayan, həm də sürücünün işlədiyi saatı göstərəndir.

Vallah, ehtiyac da yoxdur, filan qədər pulla, yüz faiz sürücünün hesabına xaricdən alınacaq taksometlərə, onlar işləməyəcək!

Mən də razıyam ki, taksi nəqlyyatinda yaxşılığa doğru dəyişikliklər mütləq lazımdır.

Sürücülər çox işləyir, bəzilərinin kriminal keçmişi var, bəzən qadınlara qarşı qeyri-etik hərəkətlər olur, aqreqator şirkətlər böyük vəsaiti olkədən kənara çıxarır.

İş saatlarına, sürücülərin psixoloji və tibbi durumuna, əvvəlki kriminal keçmişinə nəzarət olunmalıdır.

Amma bunun üçün Daxili işlər, Səhiyyə nazirlikləri, Vergi xidməti aqreqator şirkətlərlə bu işi tənzimləməlidirlər.

On-on iki il əvvəl mətbuatda "Ziya Məmmədovun qoçuları" adlı istilah peyda olmuşdu, onlar taksi dayanacağında, yollarda taksilərin icazəsinin olub-olmadığını yoxlayırdılar, tez-tez dava düşürdü...

Yenə də, ona gedirik?

Mir Səməd

Xəbər 1196 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +