15.05.2023 14:23
İran-Ümummilli Lider Heydər Əliyev: III seriya - İsrailin Azərbaycana gəlişi
Belə görünür ki, İran uzun müddət Ümummilli Lider Heydər Əliyevdən əl çəkə bilməyəcək. Qlobal səviyyəli şəxsiyyətə malik deyillər. Hələ biri də varımızdır. Öz böyükləri üçün “fars ünsürü” terminini qazandırmaqdan ötrü bu qədər cəhd edirlərsə, onların şüuru ayağı aşağı çəkmək üzərində qurulub.
I seriyada sintetik ssenari əsasında H.Əliyevin SSRİ rəhbərliyində olarkən Tükiyədəki fəaliyyəti, Azərbaycanda hakimiyyətə gəlməsi, bəzi ziddiyyətlər arzulaması bağlı məsələlər öndə idi.
II seriyada Səddam Hüseynə SSRİ-nin silahlarını verdirməklə İrandakı azərbaycanlıları “qırdırmasına” həsr olunmuşdu. Bunun da mahiyyəti aydındır. İrandakı azərbaycanlıların Azərbaycan Respublikasına, dövlətçiliyinə sevgisi İran hökuməti üçün güclü qorxu yaradıb. Qorxmaq lazım deyil, alışmaq lazımdır. Türkiyənin də daxilində Azərbaycan faktoru mövcuddur. 2009-cu ildə Ermənistan-Türkiyə normallaşması ilə bağlı Sürix protokolları imzalanan dövrdə baş verənlər bu faktorun gücünü nümayiş etdirdi.
Azərbaycan faktoru Türkiyənin daxilində münasibətlərin istiləşməsinə gətirir. Faktorun həcmini isə bugünkü prezidentliyə namizədlərdən ikisinin Azərbaycan mənşəli olması göstərir. İranda son prezident seçkilərində də azərbaycanlı namizədlər var idi. İnşallah gələn seçkilərdə geri çəkilməzlər, sayları bir az da artar və Azərbaycançılıqları güclənər.
III seriya isə əsasən Azərbaycan-İsrail münasibətlərinə aiddir. Maraqla işləyiblər.
Aviqdor Liberman Xİ naziri olarkən Baş nazir B.Netanyahu ilə (həm də indiki Baş Nazir) 1997-ci ildə Azərbaycana gəlir. A.Liberman Azərbaycanla siyasi əlaqənin təməlini aşkarladı. Orada İranın adı yoxdur. Azərbaycanın İsraillə bu dərəcədə dərin əlaqələr qurmasının səbəbi Qarabağ münaqişəsidir. Əlbəttə 1994-cü ildə atəşkəs dayanmışdı, Azərbaycan torpaqlarının 20 faizini itirmişdi.
Qarabağ münaqişəsinin tarixi ilə bağlı müxtəlif versiyalar var. Kimsə ermənilərin İrandan bizim əraziyə çar Rusiyası tərəfindən köçürülməsi dövründən, digəri Osmanlı dövründə baş verən proseslərdən hesablama nöqtəsini götürür. 1980-ci illərdə Qarabağ münaqişəsinin başlanmasının ən ciddi versiyası kimi 1987-ci ili götürürəm. Çünki Qarabağ münaqişəsində ilk mitinq 1988-ci ilin fevralın 12-də Hadrutda əslən Hadrutdan olan İqor Muradyan, Manvel Sərkisyan, Arkadi Mkrtçyan və Emil Abramyan tərəfindən təşkil olunmuşdu. Hətta E. Abramyan münaqişənin başlanğıcını 1984-cü ildən götürür. Çünki o vaxt Bakıdakı ermənilər üçün Azərbaycan məktəblərində erməni dilinin tədrisini qaldırmışdılar. Ermənilərin sosial-iqtisadi vəziyyəti və dini-mədəni hüquqlarının qorunması mövzusunda Moskvaya məktub axını məhz 1987-ci ildən başlayıb. İqor Muradyan etiraf edib ki, məktubu kisələrlə Moskvaya, Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinə aparırdı. Onu çox rahat qəbul ediblər, kisədən açıb məktubları töküb oxuyurmuşlar. Məhz Moskvadan olan stimulun hesabına onlar ruhlanıblar və 1988-ci ilin fevralın 12-də Hadrutda əslən Hadrutdan olan 4 erməninin təşkilatçılığı ilə mitinq başlayıb. İ.Muradyan Moskva Dövlət Universitetini bitirmişdi, Ermənistan Statistika Komitəsində hesablama maşınları şöbəsinin müdiri idi.
Manvel Sərkisyan Bakıda İnşaat Mühəndisləri İnstitutunu bitirmişdi. Ermənistan SSR Nazirlər Sovetində də arxitektura şöbəsinin müdiri idi. A.Mkrtçyan Yerevan Dövlət Universitetini bitirmişdi. Moskvada oxudu, Yerevanda işlədi. Hadruta qayıtdı. Sonradan qondarma qurumun parlamentinin rəhbəri oldu, E.Abramyan Yerevan Politexnik İnstitutunu bitirib Hadruta qayıtmışdı. A.Mkrtçyan az keçmiş səhv etdiklərini başa düşdü, qondarma qurumun xalq deputatları sovetinə rəhbərlik edərək Bakı ilə əlaqələri bərpa etməyə meylləndi. R.Köçəryanla birlikdə maşında gələrkən təsadüfən avtomat açılıb və öz avtomatı ilə A.Mkrtçyan “öldürüldü”. Hadrut o Hadrutdur ki, oradan baxanda arada İran da görünür və Hadrutun fars dilində tərcüməsi “iki çay arası” deməkdir.
Qeyd edək ki, Qarabağ torpaqlarımızın işğaldan azad olunmasında Şuşadan ən təsiri olan ərazi məhz Hadrutdur. Hadrutu bizim xalq, xüsusilə Ali Baş Komandan heç vaxt erməniyə verməyəcək, o torpaq da yalnız Azərbaycanda qalmalıdır.
İ.Muradyan, M.Sərkisyanın ilk hərəkətlərini götürsək bu münaqişənin 1997-ci ildə artıq 10 yaşı var idi. 1988-ci ilin 12 fevralından götürsək 9 yaşı var idi. Ən dəhşətli döyüşlər də o vaxt getmişdi. Azərbaycanın ən ciddi itkiləri o vaxt olmuşdu. İranın da ən aktiv iştirakı da o zaman idi. 1992-ci ildə Ayaz Mütəllimov prezident olarkən İrana səfər etdi, hətta Məşhədə getdi. İrandan hərbi yardım istədi. İran isə hərbi yardım yox, Ermənistanla Azərbaycan arasına sülhyaradıcı göndərdi. Mənsur Həqiqətpurun ilk dəstəsi bura sülh yaratmaq üçün gəlib. İran sülh yaradıcılarının dayandığı əraziləri ermənilər yavaş-yavaş itəliyərək Azərbaycan torpaqlarına giriblər. O torpaqlardan qaçanlardan, Azərbaycanda ordu məsələsində dövlətin o zaman vahid konsepsiyasının yoxluğundan istifadə edib, əhali arasında ordu qurmaqla məşğul olub. Bəlli oldu ki, bu ordu daha çox İslami quruluş yaratmaq üçün hazırlanan ordudur. Məcburi köçkünlər də İslami ideyaların yayılması üçün böyük baza idi.
10 il ərzində 1997-ci ilədək Qarabağ məsələsində Azərbaycan məhrumiyyətlər və tam ümidsizlik şəraitində idi. Belə bir zamanda İsrail gəldi. O vaxta qədər Türkiyə həm lehimizə, həm də əleyhimizə kimi başa düşülə bilən səbəblərdən ciddi kömək etmirdi.
Rusiyanın mövqeyi aydın idi: Münaqişə uzun müddət davam etməlidir, hər iki dövlət-Ermənistan və Azərbaycan asılı vəziyyətdə qalmalıdır. Amerika da hələ erməni mifologiyasından yeni ayılmamışdı. H.Əliyevin apardığı neft strategiyası Qərbi, ABŞ-ı ayıldırdı. Belə bir vaxtda İsrail Azərbaycana gəldi.
İranı bizim regional proseslərə dəvət etməyimiz yeni probleməlr yaratdı. 1992-ci ildə Şuşa işğal olundu. Səbəb İranı bizim regional proseslərə dəvət etməyimiz oldu. İranın müttəfiq hesab etdiyi ermənilər İrana badalaq gəldilər, Şuşa işğal olundu. İran Şuşa işğal olunduqdan sonra yalnız Ermənistan-Rusiya xətti üzrə işlədi. Ermənilərə yardım etdi, Rusiyanın qabağında isə baş əydi. Azərbaycanda etdiyi yalnız məcburi köçkünlərə yardımdan uzağa getmədi. Bunun da səbəbini izah etdik. 1997-ci ilə qədər Azərbaycan İranın heç bir sözündən imtina etməyib. 1997-ci ildən 2016-cı ilə qədər İran dəfələrlə vasitəçilik təklifi ilə çıxış edib. İranın bütün vasitəçilik təkliflərini Azərbaycan qəbul edib, Ermənistan isə dərhal imtina edib. Ermənistanın imtinası dərhal İran tərəfindən mükafatlandırılıb. Şuşa işğal olundu. İran Şuşa işğal olunduqdan sonra yalnız Ermənistan-Rusiya xətti üzrə işlədi. Ermənilərə yardım etdi, Rusiyanın qabağında isə baş əydi. Azərbaycanda etdiyi yalnız məcburi köçkünlərə yardımdan uzağa getmədi.
Bunun da səbəbini izah etdik. 1997-ci ilə qədər Azərbaycan İranın bir dənə sözündən imtina etməyib. 1997-ci ildən 2016-cı ilə qədər İran dəfələrlə vasitəçilik təklifi ilə çıxış edib. İranın bütün vasitəçilik təklifini Azərbaycan qəbul edib, Ermənistan isə dərhal imtina edib. Ermənistanın imtinası dərhal İran tərəfindən mükafatlandırılıb.
İsrail gələndə, ötən 10 il ərzində İranın Qarabağ münaqişəsi ilə niyə məşğul olmaması ciddi sualdır və İranın tədqiqatçıları bu suala mütləq cavab axtarmalıdırlar. Azərbaycana isə yalnız susqunluq olub. 2016-cı ilin dörd günlük aprel döyüşlərində prezident H.Ruhaninin beynəlxalq məsələlər üzrə müşaviri dərhal Azərbaycanın hərbi əməliyyatlarına dəstək verdi. Üstündən bir neçə saat keçmiş beynəlxalq məsələlər üzrə müşavir dediyini geri götürdü ki, Ermənistan-Azərbaycan arasında məsələlər yalnız dialoq yolu ilə tənzimlənməlidir. 4 günlük müharibə zamanı İran Azərbaycana qarşı hərbi təxribat reallaşdımaq istədi. Guya İran ərazisinə düşən mərmi Azərbaycandan atılıb. Yalnız İranın sərhəd zabitinin atılan mərminin Ermənistan ərazisindən atılmasını israrlı təsdiqi təxribat planını yubatdı. Sonra RF tənzimləməyə qoşuldu və hərbi əməliyyatlar dayandı. 44 günlük müharibədə qələbəmizin bünövrəsi məhz 4 günlük hərbi əməliyyatlarda qoyldu.
Bundan başqa İranın hanısısa mövqeyi varsa, buyurun qoyun. Əgər İran 1997-ci ilə qədər Qarabağ münaqişəsini tənzimlənmiş olsaydı, əlavə qüvvələr axtarışına ehtiyac qalmazdı. İsraillə də Azərbaycanın əlaqələri bu qədər intensiv inkişaf etməzdi. Hətta 2020-ci ilin 44 günlük müharibəsi zamanı da 44 günün bəzi siyasi anlama kritik günləri içində məhz İsrailin silahlarının müstəsna əhəmiyyəti barədə fikirlər var. Yalnız İsrail silahları o zamankı çatışmazlığı aradan qaldırdı.
İran həmişə özünü Azərbaycana müstəsna münasibətlərə malik dövlət kimi göstərib. Belə olan təqdirdə Moskva, ABŞ, Qərb və digər dövlətlər nə üçün Qarabağ münaqişəsini tənzimləməsi bəllidir. Özünü iri dövlət, Azərbaycanın müstəsna tərəfdaşı və regionda ən güclü dövlətlərdən biri elan edən İranın bu münaqişəni tənzimləyə bilməməsi çox böyük suallardan biridir. İndi də hazırda İran Azərbaycana daimi olaraq şər-böhtan yağdırıb. Əsasən də İsrailin adından istifadə edir. Əsas İsrail deyil, anti-Azərbaycançılıqdır.
Azərbaycanın İsraildə səfirlik açmasının 5-6 ay yaşı var, hələ il olmayıb. Bu vaxta qədər bizim İsraildə səfirliyimiz yox idi, İsrailin bizdə səfirliyi var idi. İranın Ermənistanda, Ermənistanın İranda səfirliyi var idi. Dəfələrlə məsələ qaldırılmışdı ki, əgər İran bizim İsraildə səfirlik açmağımızı istəmirsə, Ermənistandakı səfirliyini çıxarsın. Ermənistandakı səfirliyini bağlasın. Bütün bunlar gündəlikdə olan məsələlər olub. Bu dövr ərzində Ermənistan rəhbərləri İrana üç dəfə “həyat yolu” adını veriblər. Bütün ağır vəziyyətlərində Ermənistanı yalnız İran xilas edib. 2011-ci ildə İranın Ermənistandakı səfiri Seyid Əli Sagiyan etiraf etdi ki, İran Qarabağ münaqişəsini ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə prinsipinin ikisi birlikdə tətbiq olunması ilə həllinin tərəfdarıdır və bunu İranın ali dini rəhbəri S.Xamneinin göstərişi olduğunu bildirdi. 44 günlük müharibənin taleyi həll olunanda İranın ali dini rəhbəri 3 fətva verdi: ı. Azərbaycanın ərazi bütövlüyünü tanımağa aid idi. ıı. Qarabağ ermənilərinin təhlükəsizliyi. ııı. Suriyadan terrorçular gəlib, onlar təcili regionu tərk etməlidir. Üçüncü fətva ilə İranın ali dini rəhbəri Azərbaycana qarşı müharibənin təməlini qoydu. İran istənilən anda bundan istifadə edib, Azərbaycana qarşı müharibə elan edə bilərdi. O vaxt, ondan əvvəl və sonra İran hərbçiləri dəfələrlə bildiriblər ki, Azərbaycanla bağlı nə varsa hər şeyi bilirik. Bir dənə orada Suriyadan gələn terrorçunun şəklini çəkib, danışığını yazıb ortaya qoya bilmədilər. İran hərbçiləri beş gün ərzində o ərazilərdə yoxlamalarda oldular. Niyə hərbçilərinin gördüklərinə İran fikir vermir.
Ermənilər əgər bəşəriyyət və İran üçün bu qədər əzizdirsə, buyursun, gəlsin erməniləri götürüb, aparsın. Qarabağ erməniləri, İrəvan erməniləri vaxtilə İran ərazisindən Qarabağa gəliblər. Oradakı ərazi də bizim olub. Aparıb brilyantdan taxt tiksinlər və oturtsunlar üstündə. Qarabağdan gedən ermənilərin hər birisinə on dənə İran adamından nökər, naib təyin etsinlər. Xadim, xadimələr onlara xidmət etsinlər.
Təhlükəsiz yaşasınlar. Onlar bəşəriyyət üçün bu qədər faydalıdır. Bununla əlaqədar 2 şey qazanacaqlar. Sübut edəcəklər ki, Türkiyə sultanı II Əbdülhəmidin ermənilər barədə dedikləri səhvdir. Ən vacibi Rusiyanın işğalçılığını dağıtmağa, nəticələrini aradan qaldırmağa başladıqlarını sübut edə bilərlər.
Ali dini rəhbərin Qarabağ ermənilərinin təhlükəsizliyi bağlı fətvası Azərbaycanda bir dəyişiklik yaratmayıb. Yarada bilməz. Amma İrana az da olsa iqtisadi ziyan vurur.
Müqavilə imzalasalar da gəlib işləyə bilmirlər. Gəlib işləynləri ali dinin rəhbərin fətvasını pozmaqda günahlandıra bilərlər.
İran çox ciddi düşünməlidir: İran niyə müsəlman qonşu Azərbaycan torpağının işğalına dözüb, Azərbaycana yardım etməyib. Nəticədə Qarabağ işğalının onuncu ilində İsrail Azərbaycana gəlib?!
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzi
15 may 2023
Xəbər 1592 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|