“Millət vəkili Elxan Süleymanov öz şəxsi biznesini gücləndimək məqsədi ilə Göyçay rayonunda 500 ailənin iş yerini qapadaraq çörəyinə bais olub. O, Göyçay rayon ərazisində 10 yerdə qum-çınqıl kariyerini bağlatdırıb. Bu isə 500 ailənin çörəksiz qalması və dövlətə ödənilən küllü miqdarda verginin qarşısını almaq deməkdir”.
XəzərNews.az bildirir ki, bu barədə Minval.info-ya Ucar rayon sakini Azər Purqafari məlumat verib.
Onun sözlərinə görə, həmin kariyerlər qanunu fəaliyyət göstərirdi: “Ancaq Elxan Süleymanov özünə məxsus Qəbələ rayon ərazisində yerləşən kariyerin məhsullarının satışını sürətləndirmək üçün Göyçay rayonunda yerləşən 10 kariyerin fəaliyyətini dayandırmağı qarşısına məqsəd qoydu və nail oldu. Guya depuatat təbiətin qayğısına qalır, gələcəkdə yaranacaq təhlükənin qarşısını almağa çalışır. Təbiətin qayğısına qalmaq imicini formalaşdıran Elxan Süleymanov elə əslində, özü təbiətin düşməni hesab edilməlidir”.
Azər bəy iddia edir ki, deputat Göyçay çayının ortasında 6 villa inşa etdirib: “Hətta həmin villaları elə inşa ediblər ki, çay həyatyanı sahəyə düşüb. Bu isə dünyada analoqo olmayan bir özbaşınalıq, qanunsuzluqdur ki, bunu məhz millət vəkili deyilən Elxan Süleymanov edib. Elxan Süleymanovun bu vilları inşa edilən zaman çayın hövzəsi daraldırıb”.
Ucar sakinin sözlərinə görə, bunun nəticəsində Göyçay rayonunda körpüsü uçub: “Belə yaramaz işlərə sözügedən hadisə bu il mayın 3-də baş verib. Bunun səbəbinin birini isə başda Elxan Süleymanovun çayın ortasında inşa etdirdiyi villalarda axtarmaq lazımdır. Hadisəyə görə başlanılmış cinayət işinə deputat özü cəlb edilməlidir”.
Onun iddiasına görə, Elxan Süleymanova məxsus Qəbələ rayonunda kariyer fəaliyyət göstərir. Buna görə A.Purqafari sual edir ki, Göyçay çayında fəaliyyət göstərən kariyerlər qanunsuzdursa, deputatın obyekti necə qanunidir: “Göyçay çayının uzunluğu 110 km dən çoxdur. Qanuna əsasən, uzunluğu 100 km-dən çox olan çayın mühafizə zolağı 300 metr olmalıdır. Elxan Süleymanov isə 6 möhtəşəm villalarını Göyçay çayının düz ortasında inşa etdirib. Həmin villaların 6 hektar həyatyanı sahəsi var. Həmin villalar yerləşən ərazidə Göyçay çayının körpüsüdə əhatəyə alıb. Hansı ki, bu gün selə görə körpü uçması nəticəsində alternativ kimi həmin körpüdən istifadə etmək olardı. Elxan Süleymanov öz biznesini gücləndirmək məqsədi ilə Göyçayda 10 ədəd qum-çınqıl kariyerini bağlatdırmaqla süni bahalaşmaya nail olub. Belə ki, əvvəl bir maşını 30-40 manata olan qum indi 300 manata deputata məxsus kariyerdə satılır. Ətraf rayon sakinləri məcbur olub Elxan Süleymanova məxsus kariyerdən qum-çınqıl alırlar”.
Azər Purqafari inanır ki, məsələ ilə bağlı müvafiq addımlar atılacaq və deputat cəzalandırılacaq.
Məlumat üçün bildirək ki, Elxan Süleymanov Şamaxı rayonunun millət vəkilidir, əslən göyçaylıdır və orada doğulub. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Xəbər 2877 dəfə oxunub.