Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub


11.05.2018  11:21 

“Quska”nın həbsi Süleyman Mikayılovu bitirə bilər - Onun adamı olub





A+  A-

Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun başı dərddədir. Bu barədə bilgi verən qaynaq iddia edir ki, Mikayılov zatən yaxın günlərdə postunu itirəcək, həm probılem tək bu deyil və başçıya qarşı konkret ittihamlar da var ki, bu da onu həbsə belə apara bilər. Məlumatlı mənbə bildirir ki, Süleyman Mikayılov 4 milyonluq yeyintidə ittiham olunur.
XəzərNews.az-ın məlumatına görə, mənbə dia.az-a bunları söyləyib: “Zamanında “Quska”nın (Hazırda vergi cinayətlərinə görə həbs olunmuş Hüseyn Abdullayev nəzərdə tutulur -red.) əsas silahdaşı olan Süleyman Mikayılovun Türkiyədən həbs olunaraq Azərbaycana gətirilən Hüseyn Abdullayevlə hansı əlaqələrinin olub-olmadığı, köhnə mehribançılığın hansı səviyyədə olduğu da araşdırılır. Çünki ortada yetərincə şübhəli məqamlar var və bu barədə yerli KİV-də də haqlı olaraq iddialar səslənib ki, Avropada bəzi mühacirlərin başlatdığı söyüş kampaniyasına Bakıdan dəstək verənlər var. Doğrudur, Süleyman Mikayılob birbaşa olaraq belə bir xəyanətkar siyasətə cəlb oluna bilməz. Amma onun Hüseyn Abdullayevlə sıcaq əlaqələrinin olması faktı imkan yaradır ki, Qaradağın RİH başçısından ən azından araşdırma aparılması üçün şübhələnəsən”.

Süleyman Mikayılov “Quska”nın adamı olubmuş…

Mənbə iddia edir ki, bütün bu ittiham xarakterli söz-söhbətin fonunda Süleyman Mikayılovun ayağında olan 4 milyonluq yeyinti faktının araşdırılması, onunla bağlı sərt qərarları da gündəmə gətirə bilər: “Bir sözlə, Süleyman Mikayılovun durumu gərgindir. Əgər onun “Quska” ilə hansısa əlaqəsi təsdiqlənərsə, bədəlini ağır formada ödəyəcək”.

Həqiqətən də həm AXC-Müsavat iqtidarı və həm də ulu öndər Heydər Əliyevin hakimiyyətinin ilk illərində Süleyman Mikayılovla Hüseyn Abdullayevin yaxın əlaqələri olub. Və hətta Süleyman Mikayılov “Quskanın adamı” kimi də tanınıb. Belə bir şəraitdə Qaradağın rəhbərinin “Quska”ya sədaqət nümayiş etdirə biləcəyi istisna olunmur.

Xəbər 2787 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +