Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub


24.04.2018  11:15 

Eldar Mahmudov ifadə verəcək





A+  A-

Bu gün Yasamal rayon Məhkəməsində keçmiş MTN naziri, general-polkovnik Eldar Mahmudova qarşı iddia üzrə məhkəmə prosesi keçirilib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Sərdar Mehrəliyevin sədrliyi ilə baş tutun iclasda E.Mahmudovun məhkəməyə gəlmədiyi bildirilib. “MTN işi” üzrə zərərçəkmiş kimi tanınan Mətləb Mustafayev iddia ərizəsində qanunsuz olaraq həbs edilməsinə görə nazir E.Mahmudovdan mənəvi təzminat kimi 100 min manat tələb edib.

Məhkəmə zalında E.Mahmudovun qaynı olduğunu bildirən şəxs keçmiş nazirin məhkəməyə verilməsi haqda dünən məlumat aldığını deyib. Buna görə iddia ərizəsi ilə tanış olmaq və nümayəndə ilə prosesdə iştirak etmək üçün onlara vaxt verilməsini istəyib. Hakim qeyd edib ki, qanunverciliyə edilən dəyişikliyə əsasən nümayəndə yalnız Vəkillər Kollegiyasının üzvü ola bilər.

M.Mustafayev vəsatət verərək E.Mahmudovun prosesdə iştirak etməsini istəyib. Hakim onun vəsatətini təmin edib və növbəti iclasda cavabdeh Mahmudovun iştirak etməsi üçün prosesin mayın 3-də davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, Mətləb Mustafayev Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işləyib. MTN-nin keçirdiyi əməliyyat nəticəsində qanunsuz olaraq silah saxlamaqda ittiham edilərək 2 il müddətinə azadlıqdna məhrum edilib. Onun qardaşı polkovnik Malik Mustafayev MTN-də yüksək vəzifə tutub. Mətləb Mustafayevin həbsindən 2 gün sonra Malik Mustafayev özünü asaraq intihar edib. E.Mahmudov vəzifədən çıxarılandan və MTN generalları həbs ediləndən sonra Mətləb Mustafayev bəraət alaraq azadlığa çıxıb.

Xəbər 2161 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +