Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub


03.03.2018  13:06 

Arif Alışanov məhkəmədə DİNDİRİLDİ: “Məni hovuza apararaq öldürmək istəyib”





A+  A-

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovun ibtidai istintaqa verdiyi ifadə məlum olub.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, zərərçəkmiş şəxs qismində dindirilən Arif Alışanov bildirib ki, təxminən 2007-ci ilin ortalarında Şamaxı rayonunda torpaq almaq qərarına gəlib və bu məqsədlə rayonunun Nağaraxana kənd sakini Əkbərov Şücayət Allahverdi oğlu ilə tanış olub: “Bundan sonra aramızda yaxşı münasibət yarandı. 2012-ci ildə qardaşım Habil, yeznəm Vidadi Cəfərov, qayınlarım - Etibar, Natiq Bağırovları da kənd təsərrüfatı ilə məşğul olmağa cəlb edib, torpaqların yerli sakinlərdən satın alınmasında Şücayət Əkbərovdan köməklik göstərməsini istədim. 2012-ci ildən 2016-cı ilədək hissə-hissə qardaşım Habil 200 000 manat, yeznəm Vidadi 200 000 manat, qaynım Etibar 1 800 000 manat, qaynım Natiq 3 500 000 manat, özüm isə 500 000 manat - cəmi 6 milyon 200 min manat qoyaraq kənd təsərrüfatı və turizmlə məşğul olmaq qərarına gəldik.

Xaricdən mütəxəssislər dəvət etdik, hansı ərazilərində qoz və fındıq bağlarının salınmasının mümkün olmasını müəyyənləşdirib, torpaqların alınması ilə bağlı Şücayət Əkbərova müraciət etdim. 2014-cü ilin iyulunda Şücayət Əkbərov bizə Nağaraxana kəndindən Pirqulu kəndinə gedən yoldan təxminən 500 metr aralıda 50 hektar torpaq sahəsini göstərib, həmin yerlərin turizm təyinatlı olduğunu, hektarının 30 000 manatdan satıldığını bildirdi. Həqiqətən də mənzərəli torpaqlar olduğunu gördüyüm üçün gələcəkdə həmin ərazidə turizmlə bağlı obyekt salmaq məqsədilə almağa razılaşdım. Həmin pulu hissə-hissə Şücayətə verdim. Şücayət Əkbərov bir neçə aya torpağı satan şəxslərlə görüşüb, razı salaraq pulları ödəyəcəyini və alqı-satqı ilə rəsmiləşdirib, çıxarışını alacağını bildirdi. Lakin Şücayət Əkbərov həmin 50 hektar torpaq sahəsi üçün 1 500 000 manatı almasına baxmayaraq, torpaqların alınması üçün heç bir iş görməyib.

2014-cü ilin fevral ayında Şücayət mənə Şamaxı rayonu Nağaraxana kəndin mərkəzində yerləşən yüksəklikdəki 3,48 hektar kənd təsərrüfatlı təyinatlı torpaqları göstərib 1 hektarının 50 000 manata satıldığını bildirdi. Mən həmin torpağı almağa razılıq verdikdən sonra 2014-cü ilin fevral ayının sonlarında Şücayət Əkbərova Şamaxı rayonunda həmin torpağın alınması üçün 174 000 manatı tanışım Camal Nəbiyevin yanında verdim. 2014-cü ilin aprel ayında Şücayət həmin torpağın çıxarışını sürücüm Hacı Babayevin adına rəsmiləşdirdi. İstintaq zamanı məlum oldu ki, Şücayət Əkbərov məni aldadaraq, Şamaxı rayonu Nağaraxana kəndində göstərdiyi torpağı deyil, Kürdəmirdə hektarı 500 manata satılan torpağın hektarını 50 000 manata sataraq dələduzluqla 174.000 manatı mənimsəyib”.

A. Alişanov bildirib ki, Şamaxıda bir neçə torpaq sahəsini bəyənib və almaq istəyib. Həmin torpaqların pulunu Ş. Əkbərova ödəyib, lakin sonradan rəsmiləşdirilən sənədlərdən torpaqların Kürdəmir rayonunda olduğu üzə çıxıb: “Mənim Şücayət Əkbərov vasitəsi ilə vətəndaşlardan pay torpaq sahələrini almağımın əsas səbəbi onun yerli sakin kimi kənd camaatı ilə tez dil tapıb həmin sahələri ala bilməsi olub. Şücayətə yaxın adam kimi etibar etmişəm. Aqrar təsərrüfatı qurandan sonra Şücayət Əkbərovu oraya rəhbər təyin etmək fikrim var idi. Dəfələrlə Şücayətin Şamaxı rayonu Nağaraxana kəndindəki və Mədrəsə qəsəbəsindəki evlərində olmuşam. Onun səhhətində ciddi problemlər yarananda da ürəyində şuntlama əməliyyatı aparılmasına maddi cəhətdən köməklik edərək 10 000 manat vermişəm.

Şücayət Əkbərov 2016-cı ilin dekabrından Mədrəsə qəsəbəsində SSRİ vaxtında tikilmiş hansısa hovuzu göstərmək istədiyini və təsvir etdiyinə görə suvarma işlərimizdə gələcəkdə problem olmaması üçün həmin su hovuzuna baxıb almalı olduğumuzu dedi. Həmin vaxt Şücayətin bu təklifini normal qarşıladım. Hazırda isə anlayıram ki, Şücayət çölün düzündə olan sahəyə məni aparıb qətlə yetirmək istəyib. Lakin biz həmin yerə gedib baxa bilmədik. Bu hadisədən bir neçə gündən sonra biz Şamaxıya gedəndə polis əməkdaşlarının Şücayəti tutduqlarını bildik. Bundan sonra Bakıya qayıtdıq. Sonradan Şücayət Əkbərovun məni, bacım oğlu Dəyanət Cəfərovu bir neçə dəfə qətlə yetirmək istədiyi məlum oldu”.

Arif Alışanov bildirib ki, Şücayət Əkbərovun Şamaxı rayonu Mədrəsə qəsəbəsindəki evində olarkən heç kəsin əlində odlu silah görməyib, evdə olan şəxsləri Şücayət onlara usta kimi təqdim edib: “Lakin onlar ustaya oxşamırdılar”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə cinayət işinin məhkəməyə verilməsi ilə bağlı məsələyə baxılıb. Məhkəmə Kollegiyasının qərarına əsasən iş məhkəmə baxışına verilib.

Məhkəmə baxışı martın 7-nə təyin edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

Xəbər 2209 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +