14.03.2022 15:43
Ukraynada oxuyan tələbələr bu universitetlərə köçürülsün - Təklif
"Hal hazırda Təhsil Nazirliyi tərəfindən açıqlanan fikir ondan ibarətdir ki, Ukraynada təhsil alan azərbaycanlı tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsini gündəmdə deyil. Bununda başlıca səbəbi Ukrayna universitetlərində təhsil alan həmyerlilərimizin çoxunun dövlət xətti ilə deyil, öz hesablarına, yaxud da ayrı-ayrı təhsil şirkətlərinin xətti ilə orada təhsil almasıdır. Fikrimcə, müvafiq müsabiqə şərtləri müəyyənləşdirməklə, Ukraynadakı mövcud vəziyyət stabilləşənə və tələbələr oraya qayıdanadək onların tələbə potensialı az olan ölkə universitetlərinə yerləşdirilməsi təmin olunmalıdır”.
XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Təhsil eksperti bildirib ki, bəzi özəl universitetlər var ki, orada bəzi ixtisaslar üzrə müəyyən qədər boş yerlər var.
Ukraynadan təxliyə olunan Azərbaycanlı tələbələrin bu universitetlərə köçürülməsi mümkündur.
Elçin Əfəndi bildirib ki, bu tələbələrin köçürülməsi ilə bağlı qərarı ya Nazirlər Kabiteti verə bilər, ya da Kabinetin göstərişi əsasında Təhsil Nazirliyi. Ancaq hazırki vəziyyətdə hər iki qurum sözügedən məsələ ilə bağlı qərar verilə bilmir. Çünki proseslərin hansı müddət ərzində davam edəcəyi, tez və ya gec bitəcəyini dəqiq bilinmir. Bu səbəbdən də hələ ki, müvafiq qurumlar gözləmə mövqeyindədir:
“Hesab edirəm ki, əgər müharibə uzun müddətliyinə davam edərsə, məsələ ilə bağlı mavafiq qurumlar tərəfindən lazımı addımlar atılacaq və atılmalıdır da... 20 minə yaxın tələbənin təhsildən kənarda qalmasına yol vermək olmaz”.
Xəbər 1742 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|