Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


09.07.2018  13:14 

Diaspora Dəstək Fondundan gözləntilər nədir?





A+  A-

“Son illərdə Prezident İlham Əliyevin Sərəncamı ilə daha çox ehtiyac duyulan sahələrə dövlət yardımının artırılması üçün publik hüquqi qurumlar yaradılır. Bu qurumlar bir çox sahələrdə mövcud olan problemlərin aradan qaldırılmasında mühüm rol oynayırlar”.
XəzərNews.az xəbər verir ki, bu fikri “Palitra”ya Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini Murad Cəfərov Prezidentin fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasına münasibət bildirərkən deyib.

Murad Cəfərov bildirib ki, dövlətimizin diaspor təşkilatlarından gözləntiləri fonunda az təminatlı diaspor liderləri ilə daha yüksək hədəflərə çatmaqda problemlər var: “Bu gün dünyanın müxtəlif ölkələrində çox aktiv Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Heç kimə sirr deyil ki, bu təşkilatlarının qurulmasında və fəaliyyətində daha çox ziyalılar, az təminatlı soydaşlarımız öndə olurlar. Təəssüf ki, böyük pullar qazanan xaricdəki soydaşlarımız diaspor işinə çox az maraq göstərirlər. Konkret, UABD-ni götürsək, biz bu günə qədər yaşadığımız ölkədə öz imkanlarımız daxilində Azərbaycan adına bir çox müsbət işlərə imza atmışıq. Bura bazar günü məktələrinin açılması, dərs vəsaitlərinin hazırlanması və nəşri, Azərbaycanlı müəlliflərin kitablarının təqdimatı, Milli bayramların təşkili, Xocalı qətliyamı, Dağlıq Qarabağ həqiqətlərinin Ukrayna mediasında davamlı işıqlandırılması, təşkilatımıza məxsus internet saytın fəaliyyəti, qəzet çapı, internet TV-nin yaradılması və ən başlıcası ofisin və bütün bu işləri görə biləcək ən azı üç-dörd nəfər işçinin saxlanılması daxildir. Məsələn, bir diaspor təşkilatını ofissiz, həmin ofisi isə hüquqşünassız təsəsvvür etmək çox çətindir. Və yaxud da ofisin “qaynar xətti”ndə günün ən azı iş saatlarında bir nəfər oturması mütləqdir. UABD-nin ofis imkanları ilə yaxından tanış olan həm Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları, həm də Azərbaycandan gələn deputatlar və jurnalistlər bu faktı açıq-aydın təsdiq edə bilərlər. Bütün çətinliklərə baxmayaraq biz son 5 ildə bu qaydada işləyirik”.

O qeyd edib ki, Azərbaycan Diasporuna Dəstək Fondu bu sahədə problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq: “Nizamnaməsində də qeyd olunduğu kimi, yeni yaranan Fond ümumdövlət və ictimai əhəmiyyət kəsb edən fəaliyyətlə məşğul olacaq. Fondun fəaliyyətinin məqsədi və istiqamətləri çox aydındır. Burda Azərbaycanda həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsi, ölkənin mənafelərinin müdafiəsi, milli-mənəvi dəyərləri dünya azərbaycanlılarının qoruması, daha da inkişaf etdirilməsi və tanıtması kimi məsələlər mühüm yer tutur. Hansı ki, dar çərçivədə də olsa biz bu kimi işlərlə məşğul oluruq. Görünür, kifayət etmir və daha qlobal işlərə imza atılması nəzərdə tutulur.

Fondun fəaliyyətində xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasına, mütəşəkkilliyinin möhkəmlənməsinə, azərbaycanlıların lobbiçilik fəaliyyətinin güclənməsinə və Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişlənməsi də var. Eyni zamanda azərbaycanlıların yığcam yaşadıqları ölkələrdə və regionlarda ana dilində məktəblərin və Azərbaycan mədəniyyət mərkəzlərinin açılmasına və fəaliyyətinin təşkilinə dəstək davamlı olacaq”.

UABD sədr müavini dedi ki, indiki halda bu işləri davamlı görə bilmirlər: “Çalışırıq ki, hər sahə ilə bağlı müvəqqəti də olsa kiçik bir iş görək və görürük də... Məsələn, Ukraynanın bir neçə Universitetində “Azərbaycan guşələri” yaratdıq, amma daha yaxşı olardı ki, bütün ali məktəbləri əhatə edək. Və yaxud da könül istər ki, ana dilində məktəblər təkcə Kiyevdə, Dneprda, Nikolayevda, Jitomirda, Sumıda, Xarkovda deyil, həm də başqa şəhərləri əhatə etsin".

UABD olaraq Komitənin yeni rəhbərliyinin bütün bu işləri yüksək səviyyədə görəcəyinə inanırıq. Artıq bu istiqamətdə bir sıra işlər görülüb, problemlər arxada qalıb. Ümid edək ki, ötən bir neçə ildə itirdiklərimizi qarşıdakı bir neçə ayda bərpa edəcəyik”.

Xəbər 1376 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb


BÜTÜN XƏBƏRLƏR +