Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


16.03.2024  11:11 

Azərbaycanlı Arif Yunus Azərbaycanı ittiham edir, erməni politoloqlar isə...





A+  A-

Azərbaycan Sülh və Demokratiya İnstitutunun Konfliktologiya və Miqrasiya şöbəsinin rəhbəri, tarix elmləri namizədi, konfliktoloq Arif Yunusu yaxşı tanıyırsız. O, hüquq müdafiəçisi Leyla Yunusun həyat yoldaşıdır. Onlar hazırda Hollandiyada yaşıyır.

Qərbin maraqlarından çıxış edən “theins.press” saytında “Russia pushes Azerbaijan to attack Armenia, but Aliyev fears full-scale war due to Western sanctions threat, experts say” (Ekspertlərin fikrincə, Rusiya Azərbaycanı Ermənistana hücum etməyə sövq edir, lakin Əliyev Qərbin sanksiyaları təhlükəsi səbəbindən genişmiqyaslı müharibədən qorxur) adlı məqalə təqdim edib. Mövzu ətrafında müxtəlif ekspertlərin fikirlərinə yer verilib.

Arif Yunusun ekspert qismində dedikləri içimdə bir etiraz doğurdu. O, nə deyir? Xülasəsi belədir ki, 2018-ci ildə Ermənistanda inqilab başladı. "...Paşinyan hakimiyyətə gəldi. Putinin şəxsi dostu Köçəryanı həbs edərək Rusiyaya qarşı kampaniyaya başladı. Putin özü Paşinyana zəng edərək ondan Köçəryanı azad etməyi xahiş etdi, hətta həbsdə olarkən onu ad günü münasibətilə açıq şəkildə təbrik etdi. Putinin səviyyəsi Baydenlə eynidir, yəni onlar böyük dövlətlərin liderləridir, hansısa Ermənistanın və ya Azərbaycanın rəhbəri deyillər. Putin Paşinyana zəng edir, adamını azad etməyi tələb edir və Paşinyan onu ölkənin daxili işlərinə qarışmamağa çağırır. Bu, Putini pərt vəziyyətdə qoydu. Putin qisasçı adamdır və bundan sonra Azərbaycana Ermənistana qarşı hərəkət etmək hüququ verdi".

Arif Yunusun yazdığına görə, 2020-ci ildə Azərbaycan Rusiyanın razılığı olmadan Dağlıq Qarabağda hərbi əməliyyatlara başlaya bilməzdi:



Arif Yunus


"Paşinyan Rusiyanın Qafqazdakı strateji müttəfiqinin, yəni Ermənistanın tərəfini tutmalı olduğunu düşünürdü və Rusiyanın köməyə gələcəyinə inanırdı. O, gündə bir neçə dəfə Putinə zəng edirdi. Sonda Putin Paşinyana belə dedi: “Biz neytralıq. Döyüşlər Azərbaycan ərazisində gedir.

Əgər onlar beynəlxalq səviyyədə tanınan Ermənistan ərazisinə hücum etsələr, o zaman KTMT Ermənistana köməyə gələcək”...

Arif bəyin bu fikirləri isə xüsusi diqqətə layiqdir: ”Ötən ilin dekabrında Sankt-Peterburqda Putin Paşinyana təklif edib ki, Avropa İttifaqının Ermənistandakı Mülki Missiyasının sərhədi tərk etməsinə razılıq ver.

Onların əvəzinə Rusiya hərbçiləri orada olacaq. Biz onları KTMT qoşunları adlandıra bilərik. Ancaq Paşinyan qəti şəkildə bu təklifdən imtina edib, çünki Ermənistan Azərbaycanın rolunu mükəmməl başa düşür: bilirlər ki, Azərbaycan Moskva və Putinin əlində Paşinyan və Ermənistana təzyiq alətidir. Biz əvvəllər deyirdik ki, Ermənistan Rusiyanın forpostudur, indi Azərbaycan o rolu oynamaqdadır..."

Gördüyünüz kimi, Arif Yunus birmənalı şəkildə Azərbaycanı Putinin əlində Ermənistana qarşı istifadə olunan təzyiq aləti kimi təqdim edir.

Eyni məqalədə erməni politoloqun da fikrinə yer verilib. Gəlin görək erməni Grant Mikaelian nə deyir. Lütfən, bu sitata diqqət edin: “Ərdoğan Əliyevin əsas himayədarıdır.

Putin İlham Əliyevin əsas himayədarı vəzifəni öz üzərinə götürmək istəyir, amma bacarmır. Azərbaycan ordusunun zabitlərinin təxminən 90%-i Türkiyədə təhsil alıb. Əslində, bu, eyni ordudur. Bu iki dövlətin birləşməsi “Bir millət, iki dövlət” şüarı altında baş verir.



Grant Mikaelian

Rusiya Azərbaycanı nəzarəti saxlamaq istəyir, amma bacarmır, Əliyev isə bundan öz xeyrinə istifadə etməyə çalışır. Əliyev Ərdoğanın Azərbaycanda artan təsirini Bakının Rusiya ilə davam edən münasibətləri ilə balanslaşdırmağa çalışır. Azərbaycana bu asimmetrik xarici təsir regionda baş verən bütün müharibələrə böyük töhfə verir.

Rusiya və Türkiyənin xarici siyasətinə görə Azərbaycan aqressivləşib, barışmaz olub. Artıq rəsmiləşdirilə bilən razılaşmalar var idi və Ermənistan buna hazır idi, lakin Azərbaycan bunların hamısını rədd edərək hərbi ssenari həyata keçirdi. Burada əlbəttə ki, Ərdoğan aparıcı rol oynayır”.

Azərbaycanlı politoloq and-aman edir ki, İlham Əliyev "Azərbaycanı Rusiyanın forpostuna çevirib". Yəni İlham Əliyev Köçəryan məsələsinə görə Paşinyandan acıq çıxmaq istəyən Vladimir Putinin göstərişi ilə 44 günlük müharibəni həyata keçirib, anti-terror əməliyyatına da Putin xeyir-dua verib...

Şübhəsiz ki, Qarabağda hərbi əməliyyatların keçirilməsi ilə bağlı Azərbaycan və qardaş Türkiyə Rusiya ilə müəyyən məsələlərdə anlaşıb, onu məlumatlandırıb. Başqa cür ola bilərdimi?

Deməli, azərbaycanlı konfliktoloq belə təqdim edir ki, Azərbaycan Rusiyanın göstərişi ilə oturub-durur. Erməni politoloq isə tam əksini dilə gətirir. Deyir ki, Rusiya Azərbaycanda yenidən söz sahibi olmağa can atır. Ancaq Azərbaycan bunu istəmir, heç Türkiyə də buna imkan vermir...

Azərbaycanlı konfliktoloqa nisbətdə erməni politoloq daha məntiqli və rasonal yanaşma sərgiləyir. Niyə belədir? Çünki Arif Yunusla bu iqtidarın arasında problem var. O da, xanımı da bir müddət Azərbaycanda həbsdə olublar. Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunurdular...

Köhnə düşmənçilkdən dolayı ortadakı reallığı təhrif etmək və Azərbaycanı məqsədli şəkildə qaralamaq olarmı? Məncə, olmaz. Sənin iqtidarla problemin var, iqtidarla mübarizə apar. Azərbaycanı, onun milli maraqlarını nədən bu düşmənçiliyə qurban verirsən?

Hər şeyin öz yeri var. Məncə, söhbət Azərbaycandan, onun mənafeyindən gedəndə köhnə umu-küsülər arxa plana keçməlidir...

Daha bir önəmli məqam: Arif Yunus iddia edir ki, 44 günlük müharibdən sonra İlham Əliyev Tayyib Ərdoğanı məyus etdi. Bu tendensiya bugün də davam edir. İndi Türkiyə Azərbaycanı əvvəlki kimi müdafiə etmir. Erməni politoloq Grant Mikaelian isə tam əksini deyir. Bildirir ki, Azərbaycan və Türkiyə "Bir millət, iki dövlət" düşüüncəsi ilə sinxron hərəkət edirlər...

Gəlin başqa bir erməni ekspertin eyni məsələ ilə bağlı fikirlərini də nəzərdən keçirək. Nerses Kopalyan Nevada Universitetinin Siyasi Elmlər üzrə dosentidir.



Nerses Kopalyan

O deyir: “Azərbaycanın Ermənistana qarşı hücumlar təşkil etməsi Rusiyanın strateji maraqlarına uyğundur, çünki bu hucumlar Ermənistanın demokratik sisteminin çökməsinə gətirib çıxara bilər. Kreml ümid edir ki, belə olarsa Ermənistan üçün təhlükəsizliklə bağlı dözülməz vəziyyət yarana bilər.

Bu məsələdə həm Əliyevin, həm də Rusiyanın maraqları üst-üstə düşür. Bu, təkcə Ermənistanı daha da zəiflətmək üçün deyil, həm də Rusiya-Azərbaycan konstruksiyası olan “Zəngəzur dəhlizi” adlanan məsələ ilə də uyğundur. Qeyd edək ki, Zəngəzur dəhlizinin məntiqi belədir: Azərbaycanın dəhlizə maneəsiz çıxışı olduğu halda, dəhliz Rusiya qoşunları tərəfindən nəzarətdə saxlanılır və idarə olunacaq, Ermənistan qoşunları və sərhədçiləri isə dəhlizin hər iki tərəfdən 2,5 kilometr kənarda qalmalıdırlar. Yəni Ermənistanın cənubundan keçən eni 5 kilometr və uzunluğu təxminən 60 kilometr olan ərazidə heç bir erməni varlığı olmayacaq. Bu kimi niyyətlər və məqsədlər üçün Rusiyanın suveren Ermənistan ərazisi üzərində muxtar nəzarəti olacaq, Azərbaycanın isə ruslarla razılaşaraq bu məkandan istifadəyə icazə alacaq. Konseptual olaraq bu, Rusiyaya Ermənistan üzərində nəzarəti və hökmranlığı bərpa etməyə imkan verir (hazırda onu tamamilə itirib), eyni zamanda bu, Bakıya öz Naxçıvan anklavına maneəsiz çıxış imkanı verir. Buna görə də Putin indi Əliyevə Ermənistanı işğal etmək və Zəngəzur dəhlizinin Rusiyanın nəzarətinə keçməsi üçün təzyiq edir, çünki bu işğal Ermənistan üzərində hökmranlığı bərpa etmək üçün Putinə lazımdır. Əliyev isə Naxçıvana maneəsiz daxil olmaqdan başqa bir şey istəmir. Lakin belə olarsa Ermənistana hücum və dəhlizin yaradılmasının bütün riski və yükü Azərbaycanın üzərinə düşəcək. Rusiya isə Azərbaycanın arxasınca gəlib bu işğalın bəhrəsini görəcək. Bu, Əliyevin diqqətindən yayınmayıb.
Deyilənlər, mövcud şayiələr və ya hadisələrin gedişatından çıxara biləcəyimiz məntiqi nəticə onu deməyə əsas verir ki, Əliyev Rusiyaya olan borcunu geri qaytarmalıdır: Putin Əliyevə Dağlıq Qarabağı ələ keçirməyə və Rusiyanın nəzarəti altında bölgənin erməni əhalisini etnik təmizləməyə məruz qoymağa icazə verdi. Bu plan Əliyevin Zəngəzur dəhlizinin ruslara veriləcəyi vədi müqabilində baş tutdu”.
Erməni etiraf edir ki, İlham Əliyev rəsmən Azərbaycana məxsus olmayan Zəngəzur dəhlizi ilə bağlı Putinlə anlaşıb və Qarabağdan erməni separatçılarını təmizləyib. Məncə, bu, əla anlaşmadır. Sənin olamayan bir şeyi Rusiyaya son dərəcə baha bir qiymətə satırsan, əvəzində isə son dərəcə böyük bir şey əldə edirsən. Bu, ağıllı siyasət deyilmi?

Diqqət etdinizsa, bu erməni politoloq da ölçülü-biçili danışır. Bəs bizlər nə vaxt siyasi proseslərə qərəzli münasibətdən əl çəkəcəyik?..

Elbəyi HƏSƏNLİ, SÜRİX

Xəbər 11035 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +