01.06.2018 10:54
DTX və DSX əməliyyat keçirdi - Tələbələr saxlanıldı
Azərbaycandan İrana qanunsuz yolla keçməyə çalışan 4 nəfər saxlanılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, mayın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Hadisə “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta-vasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında “pusqu” sərhəd naryadında olan sərhədçilər tərəfindən 4 nəfər şəxsin Azərbaycan ərazisindən İran istiqamətində hərəkət etmələri aşkar olunub.
Həmin şəxslər saxlanılaraq sərhəd zastavasına gətirilib. Sərhəd pozucularının üzərindən 3610 ABŞ dolları, 250 Banqladeş takası, 1 ədəd “Samsung” markalı, 3 ədəd “Huaԝei” markalı mobil telefonlar və şəxsi əşyalar olan çantalar aşkar olunub.
Araşdırma zamanı həmin şəxslərin Banqladeş vətəndaşları - 1997-ci il təvəllüdlü Hossain MD Lokman, 1998-ci il təvəl¬lüdlü Hos¬sain MD Rintu, 1998-ci il təvəllüdlü İslam Saiful, 1987-ci il təvəllüdlü Talukdar MD Aminul İslam olmaları dəqiqləşdirilib, birinci ikisinin Avrasiya Universitetinin, digər ikisinin isə Azərbaycan Texniki Universitetinin tələbələri olmaları müəyyən edilib.
Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Xəbər 1257 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|