İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb


20.09.2017  15:09 

Şagirdin hamiləliyinə görə tutulan müəllim azad edilib





A+  A-

2016-cı ilin oktyabrında, Şamaxı rayonu Pirbəhli kəndində şagirdinin hamilə qalmasında adı hallanan müəllim Elnur İbrahimov azadlığa buraxılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında E.İbrahimovun atası Həsənağa İbrahimov məlumat verib.

O qeyd edib ki, oğlu bir müddət öncə məhkəmənin qərarı ilə sərbəst buraxılıb: “Hüquq-mühafizə orqanları məsələni dəqiqiliyilə araşdırdıqdan sonra oğlumu sərbəst buraxdılar. Bundan sonra Elnur həmin qızı kəbinə apardı. Təxminən 10 gün keçmişdi oğlum evdə olmayanda qız evə başqa bir adam çağırıb. Oğlum onu evdə tutdu və aparıb polisə təslim etdi. Həmin oğlan dindirildikdən sonra sərbəst buraxılıb”.

H.İbrahimov övladının ailəsinin dağılmasından sarsıntı keçirdiyini deyib: “Çox pərişan oldum. Bir pozğun ailə mənim övladımın ailəsini dağıtdı. Gəlinim iki uşağı ilə atası evindədir”.

Ata E.İbrahimovun məktəbdəki işinə qayıtmadığını da bildirib: “Oğlumdan olduğu deyilən uşağı necə etdilər, onu da bilmədik”.

Qeyd edək ki, 2016-cı ildə Şamaxı rayonunun Pirbəhli kəndində yetkinlik yaşına çatmayan məktəbli qızın müəllimi tərəfindən zorla cinsi əlaqəyə məcbur edilməsi və hamilə qalması günlərlə müzakirə olundu. Ailələr bir-birilərinə qarşılıqlı ittihamlar irəli sürdülər. Müəllim E.İbrahimovun atası hadisədən sonra oğlunun həmin qıza əl vurmadığını demişdi. Araşdırmalar zamanı bəlli oldu ki, Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan qıza bakirəlik haqda rəy verib.

Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açıldı, hadisədə təqsirli bilinən E.İbrahimov 5 il 6 ay azadlıqdan məhrum edilmişdi. 25 yaşlı E.İbrahimov ailəli olub, övladı var.

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasovanın açıqlamasına görə, 2016-cı ilin iyul ayında qız uşağı dünyaya gətirən gənc ana, uşağın atasının həbsdə olmasını əsas gətirərək ondan imtina edib. Uşaq hazırda 1 saylı körpələr evindədir.

Xəbər 1129 dəfə oxunub.




24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB

24.06.2024  08:27 

Dağıstanda matəm elan olundu

23.06.2024  22:19 

Sabah bu rayonda qaz olmayacaq

23.06.2024  22:08 

Bir həyətdə iki ev yandı

23.06.2024  14:19 

Əməkdar rəssam vəfat edib -Foto

22.06.2024  13:17 

Xəzər dənizində zəlzələ olub

22.06.2024  13:15 

AzTV-nin strukturunda dəyişiklik

21.06.2024  16:03 

BDU-nun müəllimi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +