Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


24.06.2022  20:30 

Bakıda 29 marşrut xətti üzrə hərəkət gecikir





A+  A-

Bu gün axşam pik saatlarında paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları və tıxac səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr müşahidə olunur.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.

Vahid Dispetçer Mərkəzinin məlumatına əsasən axşam pik saatlarında müxtəlif küçə və prospektdə müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən ümumilikdə 29 müntəzəm marşrut xətti üzrə avtobuslar gecikmə ilə hərəkət edir.

1. Bakı-Sumqayıt şosesi–Şamaxinkadan 20 Yanvar istiqamətində 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə yaxın gecikmə müşahidə olunur.

2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda da 20 Yanvar dairəsi istiqamətində sıxlığa görə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslar 9-11 dəqiqə gecikmə ilə hərəkət edir.

3. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində səbəbindən isə həmin ərazidən keçən 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə yaxın gecikmə müşahidə olunur.

4. Abbasqulu ağa Bakıxanov küçəsi – Türkiyə səfirliyi istiqamətində 3 və 17 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17 dəqiqə yaxın gecikmə yaranıb.

5. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 2, 13, 65, 79 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-14 dəqiqəyə yaxın gecikmə müşahidə olunur.

6. Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 13N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-13 dəqiqəyə yaxın gecikmə müşahidə olunur.

7. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində sıxlıqlar müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-12 dəqiqə yaxın gecikmə müşahidə olunur.

8. Binəqədi şossesi – Binəqədi istiqamətində sıxılqla əlaqədar 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13 dəqiqə yaxın gecikmə var.

Xəbər 1264 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB


BÜTÜN XƏBƏRLƏR +