Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


01.02.2024  12:42 

Sabiq qubernator Britaniyada saxlanıldı





A+  A-

Sevastopolun keçmiş “qubernatoru” Dmitri Ovsyannikov sanksiyaları pozmaqda və çirkli pulların yuyulmasında ittiham olunaraq Böyük Britaniyada saxlanılıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb.

O, Milli Cinayət Agentliyi tərəfindən sanksiyaları pozmaqda və çirkli pulların yuyulmasında ittiham olunub.

Ovsyannikovun məhkəməsi fevralın 20-də keçiriləcək. O, sanksiyalardan yayınmaqda və London bankında hesab açmaqda, həmçinin ümumilikdə 65 min funt sterlinq dəyərində dörd ödəniş etməkdə və 77 500 funt-sterlinq pul saxlamaqda ittiham olunur.

Ovsyannikov Böyük Britaniyanın sanksiyaları altında olduğu üçün onun pul və maliyyə xidmətlərinə çıxışı məhduddur.

Əvvəllər Ovsyannikov da Aİ sanksiyalarına məruz qalmışdı, lakin 2023-cü ilin fevralında o, bu siyahıdan çıxarıldı. Lakin Britaniya hakimiyyəti ona qarşı sanksiyaları ləğv etməyib.

Ovsyannikov 2017-2019-cu illərdə Sevastopolun qubernatoru vəzifəsində çalışıb.

2020-ci ilin noyabrında o Rusiyanın sənaye və ticarət nazirinin müavini olarkən İjevsk hava limanında dava salıb. Bundan sonra o, cərimələnib, nazir müavini vəzifəsindən uzaqlaşdırılıb və “Vahid Rusiya” partiyasından xaric edilib.

Xəbər 2696 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +