7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


23.08.2023  15:21 

Şahdağda Motosiklet Festivalı təşkil edilib





A+  A-

Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Motoklublar Birliyinin birgə təşkilatçılığı ilə “Şahdağ Motosiklet Festivalı” keçirilib.

XəzərNews.az xəbər verir ki, Şahdağda ilk dəfə olaraq baş tutan festivala ölkənin müxtəlif bölgələrindən 300-ə yaxın motohəvəskar qatılıb. İki gün davam edən tədbirdə motosikletçilər təşkilatçılar tərəfindən hazırlanan müxtəlif müsabiqələrdə iştirak ediblər.

Yarışda motohəvəskarlar güclü motosiklet, dəbli motisiklet, təcrübəli motosikletçi, uzağa üzmə, qol güləşi və digər müsabiqələr üzrə birincilik uğrunda mübarizə aparıblar.

Öz bacarıqları və istedadları ilə seçilən qaliblər sonda münsiflər heyəti tərəfindən müxtəlif mükafatlarla təltif olunublar.

Tədbir çərçivəsində kompleksin qonaqları üçün motohəvəskarlar tərəfindən ödənişsiz peşəkar təlimlər də keçirilib.

Həm yerli, həm də əcnəbi qonaqları tərəfindən böyük maraqla qarşılanan festival çərçivəsində iştirakçılar və turizm mərkəzinin qonaqları üçün şou proqramlar təşkil edilib.






Xəbər 2673 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +