7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


18.07.2023  10:41 

KOBİA yanında İctimai Şura üzvləri Agentlikdə... - Foto





A+  A-

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində KOBİA yanında İctimai Şura üzvləri ilə görüş keçirilib.

XəzərNews.az xəbər verir ki, görüşdə Agentliyin icraçı direktoru Aygün Əliyeva qonaqları salamlayaraq görüşün əhəmiyyəti haqqında məlumat verib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsinə əsasən Agentliyin fəaliyyət istiqamətlərindən birinin də dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək və təşviq etməkdən ibarət olduğunu vurğulayıb. O bildirib ki, Agentlik bu istiqamətdə maraqlı tərəflərin iştirakı ilə geniş formatda müzakirələr aparmaq, qarşıda duran hədəfləri müəyyənləşdirmək, çətinlikləri aradan qaldırmaq, təşəbbüsləri əlaqələndirmək məqsədilə müxtəlif platformalarda mütəmadi görüşlər keçirmək niyyətindədir.

Daha sonra KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov çıxış edərək ictimai iştirakçılıq və assosiasiyaların fəaliyyəti ilə bağlı təkliflərini səsləndirib.

Görüşdə iştirak edən sahibkarlar tərəfindən gələcək əməkdaşlıq məsələləri, özəl sektorun qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətinin əhəmiyyəti, KOBİA və digər dövlət strukturlarının da iştirakı ilə bu formatda görüşlərin təşkilinin vacibliyi vurğulanıb.




Xəbər 2516 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +