Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib
MOK-un departament rəhbəri vəfat etdi -FOTO
Lüks həyatın arxasındakı reallıq - Bakıdakı milyonluq villaları kimlər alır?
Ukrayna Rusiyanın vilayətlərinə PUA hücumu edib
Məşhur müğənnilər saxlanıldı, buna görə…-FOTOLAR
Yenidən saxlanıldılar, bu dəfə isə…
Aparıcı Rövşanə TV-yə qayıdır -FOTO
7 noyabr qısaldılmış iş günüdür


15.07.2023  14:54 

Ukraynalı uşaqlar Bakıda müayinə olundu - Foto





A+  A-

Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Ukraynada baş verən müharibədən qaçqın düşərək Azərbaycana sığınan ukraynalı uşaqlar tibbi müayinədən keçirilib.

XəzərNews.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində təşkil olunan tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy, Ukrayna Ali Radası sədrinin müşaviri Hikmət Cavadov, Klinikanın baş direktoru Fərid Eyvazov iştirak ediblər.

Səfir Vladislav Kanevskiy Azərbaycanda məskunlaşan ukraynalı ailələrə göstərilən qayğı, ölkəsinə verilən dəstəyə görə minnətdarlığını ifadə edib. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirən səfir bu kimi tədbirlərin əvvəllər də təşkil olunduğunu qeyd edib. O, bildirib ki, Azərbaycanda məskunlaşan ukraynalı ailələrə və uşaqlara göstərilən qayğı Ukrayna hakimiyyəti tərəfindən də yüksək qiymətləndirilir.

Ukrayna Ali Radası sədrinin müşaviri Hikmət Cavadov Azərbaycan dövləti tərəfindən Ukraynadan qaçqın düşən ailələrə davamlı dəstək göstərildiyini bildirib. Əlavə edib ki, uşaqların müayinəsinin məqsədi onların sağlamlığının qayğısına qalmaqdır. H.Cavadov müayinədə həmçinin Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor üzvlərinin hazırda Bakıda olan uşaqlarının da iştirak etdiyini vurğulayıb.

Klinikanın baş direktoru F.Eyvazov
Azərbaycan dovlətinin uşaqlara qayğısından danışıb və bildirib ki, bu munasibət hər kəsə şamil olunur.

Qeyd edək ki, müayinədə 50-dən çox uşaq iştirak edib.







Xəbər 2742 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +