Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək
Audiovizual Şuradan Baku TV-yə XƏBƏRDARLIQ
“Kərtənkələni toyuğun içərisinə qoyublar” - “Hicaz”dan iddialara cavab
Ukraynanın hücumu hava limanlarını iflic etdi
Rusiya bu ölkəyə xəbərdarlıq etdi
Rus ordusu Novoqriqorovkanı işğal etdi
Yazıçı Tahir İmanovu sərt tənqid etdi


13.07.2023  12:26 

İlham Əliyev Brüsselə gedir





A+  A-

İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olacaq.

XəzərNews.az xəbər verir ki, bu barədə N. Paşinyan bu gün - iyulun 13-də hökumətin iclasında bildirib.

“Mən artıq həmin görüşdə iştirakımı təsdiqləmişəm.
Ümid edirəm ki, görüş zamanı sülh müqaviləsi danışıqlarında irəliləyiş əldə olunacaq”, - Paşinyan deyib.

O xatırladıb ki, iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində Ermənistan dövlət sərhədinin ayrılması və sərhəd təhlükəsizliyi komissiyasının, həmçinin Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin demarkasiyası komissiyalarının dördüncü iclası keçirilib.

Qeyd edək ki, iclas iyulun 21-nə təyin edilmişdi, lakin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan görüşün daha əvvəl baş tutacağını açıqlamışdı.

Xəbər 3040 dəfə oxunub.




08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +