Hərbi qulluqçumuz vəfat etdi -FOTO
Avtobus sürücüləri narazılıq edirlər -VİDEO
Rusiyada azərbaycanlılar 3 gündür ac-susuz saxlanılır - VİDEO
Ağalarovların aktivləri ilə bağlı QƏRAR verildi
Hansı institutlar birləşdirildi? - Qərar
Gömrükdən daxilolmalar niyə azalıb?
Kapitan general-mayorun 1 milyonunu necə ələ keçirdi?
Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib


08.06.2023  09:59 

Ermənilər Laçın istiqamətindən atəşkəsi pozdu





A+  A-

İyunun 7-si saat 22:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən XəzərNews.az-a verilən xəbərə görə, iyunun 8-i saat 07:40-da isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Xəbər 2718 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +