Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib
MOK-un departament rəhbəri vəfat etdi -FOTO
Lüks həyatın arxasındakı reallıq - Bakıdakı milyonluq villaları kimlər alır?
Ukrayna Rusiyanın vilayətlərinə PUA hücumu edib
Məşhur müğənnilər saxlanıldı, buna görə…-FOTOLAR
Yenidən saxlanıldılar, bu dəfə isə…
Aparıcı Rövşanə TV-yə qayıdır -FOTO
7 noyabr qısaldılmış iş günüdür


02.06.2023  14:20 

Deputat uşaq pulunun verilməsinin əleyhinə çıxdı: “Etik deyil”





A+  A-

"Mən və deputat həmkarlarım belə hesab edirik ki, indiki zamanda uşaq pulunun verilməsi ilə bağlı məsələnin əvvəlki səviyydə Milli Məclisdə qaldırılması etik deyil”.

XəzərNews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bunu Milli Məclis üzvü Razi Nurullayev deyib.

Onun sözlərinə görə, Qarabağın məskunlaşdırılması üçün böyük vəsaitlər lazımdır:

"Minaların təmizlənməsinə küllü miqdarda vəsait tələb olunur. Azərbaycan belə bir vəsait axtarışında olduğu zamanda uşaqlara da dövlət pul ayırması düzgün olmaz. Belə bir təklif populizm adlandırıla bilər. Növbəti illərdə, Qarabağda əhali tam məskunlaşandan sonra uşaq pulu ilə bağlı məsələni gündəmə gətirəcəyik.

Dövlətin əlində imkanları olacaqsa, uşaq pulunun verilməsi ilə bağlı qərar verəcək. Bunu mərhələ-mərhələ həyata keçirtmək olar”.

R. Nurullayev uşaq pulu ilə bağlı məsələnin əvəllər parlamentdə daha intensiv şəkildə müzakirə olunduğunu vurğulayıb:

"Bunu Milli Məclisdə tez-tez qaldırırdıq və hökumət də artıq bu barədə açıqlamalar verib. Amma Qarabağ müharibəsindən və topaqlarımız işğaldan azad olunandan sonra bu problem arxa plana keçdi. Torpaqların yenidən bərpası və bir milyona yaxın qaçqın və köçkünün öz yurdlarına qaytarılması üçün Azərbaycana çox böyük pullar lazımdır. Bunu unutmayaq”.

Xəbər 2685 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +