7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


07.07.2022  10:52 

Aktrisa Pərvin Abıyeva ilə millət vəkili sevgilidir?





A+  A-

“Tik Tok” və digər sosial şəbəkələrdə aktrisa Pərvin Abıyeva ilə millət vəkili Cavid Osmanovun sevgili olması barədə yayılan məlumatlar qalmaqala çevrilib.

XəzərNews.az xəbər verir ki, millət vəkili haqqında yayılan məlumatların pərdəarxasını Yenisabah.az-a açıqlayıb. O, bu məlumatların həqiqəti əks etdirmədiyini və qarayaxma olduğunu bildirib:

“Bildiyiniz kimi qarşı tərəf (oxu: Pərvin Abıyeva) bunu iddiaları cavablandırıb. Azərbaycana qarşı fəaliyyət göstərən, ölkədə qarışıqlıq salmaq istəyən qaragüruhçuların ortaya atdığı əsassız iddialardır”.

Millət vəkili bu iddiaları kimlərin mediaya buraxdığını da açıqlayıb: “Bu məlumatlar birbaşa olaraq Milli Şuranın üzvləri tərəfindən ortaya atılıb. Onlar hər addımlarında Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələrdir”



Deputat bu kampaniyanın səbəbindən də danışıb: “Bilirsiniz, onlar haqqında son zamanlar çox kəskin yazılar yazmağım onları bu addımı atmağa vadar edib. Mən antimilli qüvvələrə qarşı hər zaman mübarizə aparmışam, yenə də mübarizə aparacağam. Daxilimizdə olan erməniyə xidmət edən müxalifət qüvvələr və bloggerlər haqqımda qarayaxma apararaq boş-boş işlərlə məşğuldurlar. Bir daha bəyan edirəm, bu yayılan məlumatlar cəfəngiyyatdır, belə bir xəbərin doğru olması mümkün deyil.”

Xəbər 3120 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +