7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


06.07.2022  15:01 

Şahmar Vəliyevin şirkəti zərərdə...





A+  A-

Gəncə şəhər İcra Hakimiyyıtinin sabiq başçısı Elmar Vəliyev və baş prokurorun müavini, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı Şahmar Vəliyevin Rusiyanın Yesentuki şəhərində təsis edtiyi “Rusel” şirkəti ötən ili zərərlə başa vurub.

Şirkətin açıqladığı maliyyə hesabatında bildirilir ki, “Rusel” şirkəti 2021-ci ildə 1 milyon 241 min rubl zərər edib.

Məlumat üçün bildirək ki, yaşayış və qeyri-yaşayış binalarının tikintisilə məşğul olan şirkət 2016-cı ildə təsis olunub. Şirkətin yeganə təsisçisi Şahmar Vəliyevdir. “Rusel”in direktoru isə Olqa Kərimovadır. Şahmar Vəliyevin Rusiyada təsisçisi olduğu daha bir şirkət “Rusel Park” adlanır. Bu şirkəti 2021-ci ilin noyabr ayında Nataliya Orlyuk adlı şəxs təsis edib və bu ilin mart ayından şirkətin təsisçisi Şahmar Vəliyev olub.

Onu da qeyd edək ki, Şahmar Vəliyev 2017-ci ildə keçirilən Rusiya-Azərbaycan regionlararası forum çərçivəsində Kislovodsk şəhərində “Rusel” sanatoriyasının tikintisilə bağlı müqavilə imzalayıb. Rusiya mətbuatının yazdığına görə, “Rusel” sanatoriyasının tikintisinin 2018-ci ildə başlanılması və 2021-ci ildə başa çatdırılması planlaşdırılıb.

Bildirilir ki, sanatoriya 420 çarpayılıq nəzərdə tutulub. Layihəyə qoyulan investisiyaların həcmi təxminən 2 milyard rubl təşkil edəcək. Sanatoriyanın bu il istifadəyə verilməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycanda da “Rusel” adı ilə fəaliyyət göstərən və Şahmar Vəliyeva məxsus şirkətlər var. Şahmar Vəliyevin direktoru olduğu “Rusel” şirkəti (VÖEN- 1600133861) bu yaxınlarda “Dövlət Məşğulluq Agentliyi” Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzi üçün inzibati bina və emalatxana sahəsini icarəyə verib. 120 ay müddətinə icarəyə götürüləcək sahə üçün “Dövlət Məşğulluq Agentliyi” “Rusel” şirkətinə 3 milyon 600 min manat 17 qəpik ödəyəcək. Xətai rayonundakı “Rusel Plaza”nın da Şahmar Vəliyevə məxsus olduğu bildirilir. Bunlardan başqa Şahmar Vəliyev “Rusel” şirkəti ilə eyni ünvanda yerləşən "Azneftemaş" ASC-nin də prezidentidir./Yeniavaz.com

Xəbər 3793 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +