7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


04.07.2022  19:54 

ATV və ARB rəhbərliyi Prezident Administrasiyasına çağırıldı





A+  A-

Son zamanlar yerli telekanalların efirində yayımlanan bəzi bayağı və ucuz şouya hesablanan verilişlərin sayının artması ölkənin ziyalı təbəqəsi və xüsusən də tamaşaçılar tərəfindən böyük narazılıqla qarşılanır. İnsanların zövqünü korlayan, əsəblərinə təsir edən bu cür verilişlərə cəmiyyət tərəfindən ictimai qınaq kəskin artır.

ARB televiziyasının efirində yayımlanan “Həmin Zaur” proqramında baş verənlərə cəmiyyətin sərgilədiyi reaksiya belə deməyə əsas verir. Belə ki, müğənni Afşin Azərinin aparıcı tərəfindən efirdən çıxarılması faktı cəmiyyətdə böyük narazılıq yaradıb və insanlar verilişin aparıcısı Zaur Kamalın, eləcə də kanalın cəzalandırılmasını tələb ediblər. Bundan sonra Audiovizual Şura “Həmin Zaur” verilişinə görə ARB-yə xəbərdarlıq edib.

XəzərNews.az xəbər verir ki, ARB-dəki vəziyyətlə bağlı Audiovizual Şuranın xəbərdarlığına baxmayaraq ictimai qınaq davam edib. Əldə etdiyimiz son məlumata görə, ARB və ATV telekanallarının rəhbərləri Prezident Administrasiyasına çağırılıb. Onlara bayağı verilişlərin yığışdırılması üçün sərt xəbərdarlıq edilib. Əgər bu xəbərdarlıqdan nəticə çıxarılmasa, televiziya rəhbərləri barəsində ciddi ölçü götürüləcəyi bildirilib./konkret.az



Xəbər 2947 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +