30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı
Bakıda polisə kəsici alətlə müqavimət... - Şübhəli saxlanıldı
Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər


08.06.2022  15:04 

Mehdiyevlər Akademiyası - Onlar hələ də yüksək vəzifələr daşıyırlar...





A+  A-

Məlum olduğu kimi, bu ilin fevral ayının 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında qurumun prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi müzakirə olunub və qəbul edilib.

XəzərNews.az xəbər verir ki, Ramiz Mehdiyevin istefa ərizəsinin qəbulundan 4 aya yaxın vaxt ötsə də, AMEA-nın rəsmi saytında sabiq prezidentin özünün və ailə üzvlərinin hələ də yüksək vəzifələr daşıdığı qeyd olunur.

Məlumat üçün bildirək ki, AMEA-nın rəsmi saytında yer alan məlumatlara görə Ramiz Mehdiyev hazırda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının sədri vəzifəsini icra edir.

Bundan başqa Ramiz Mehdiyev həyat yoldaşı - riyaziyyat elmləri doktoru, professor Mehdiyeva Qalina Yuryevna hazırda AMEA İdarəetmə Sistemləri İnstitutunun nəzdində yaradılan “Kompüter elmləri” ixtisası dissertasiya şurasının sədri vəzifəsini icra edir.

Ramiz Mehdiyevin qızı - psixologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri Kamilə Ramiz qızı Əliyeva hazırda atasının sədrlik etdiyi Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Psixologiya və sosiologiya üzrə elmi şurasının üzvüdür.

Ramiz Mehdiyevin kürəkənin qardaşı - Fikrət Əli Səftər oğlu Əliyev isə hazırda AMEA İşlər İdarəsi müdirininmüavini vəzifəsini icra edir.(yeniavaz.com)

Xəbər 3388 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +