Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


22.01.2022  16:16 

Bakıda ağır cinayətlərin sayı 62,9 % artıb





A+  A-

2021-ci ildə Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə 12 761 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb. Bu, 2020-ci illə müqayisədə 21,4 % artım deməkdir.

XəzərNews.az Bakı Şəhər Prokurorluğuna istinadən xəbər verir ki, 2021-ci ildə Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərin sayının artması müşahidə olunub. Belə ki, 2021-ci il ərzində böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 110 hadisə (4,1 %) artaraq 2792, az ağır cinayətlərin sayı 1230 hadisə (19,3 %) artaraq 7608, ağır və xüsusilə ağır cinayətlərin sayı isə 912 hadisə (62,9 %) artaraq 2361 hadisə olub.

2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cinayətlərin açılma göstəricisi 86,3 % olub. Bakıda qeydə alınmış 50 qəsdən adam öldürmə cinayətlərinin hamısının açılması təmin edilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərlə bağlı 2021-ci il ərzində ikiqat artım qeydə alınıb.

Ötən il prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş təxminən 4,3 milyon manat maddi ziyandan 756 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 33,5 milyon manat ziyanın 21 milyon manatı ödənilib.

Xəbər 3013 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +